“Huffington Post”: “ABŞ dünyada xaosun səbəbkarıdır”
Tarix: 15.04.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


“ABŞ, amerikan maraqlarına cavab verən bir adamı hər hansı ölkənin başına gətirmək üçün o ölkənin xaraba qalmasına razıdır”

ABŞ-ın Ukraynada və Yəməndə ikili standartları ona dəlalət edir ki, ABŞ müdaxiləsi son zamanlarda dünyada xaos və zorakılıqların kəskin artmasına səbəb olub. Qərb ekspertləri bu cür fikirləşirlər. Bu barədə “The Huffington Post” internet portalı da yazır. Adıçəkilən media qurumu qeyd edir: “ABŞ tərəfindən Ukraynada və Yəməndə tətbiq edilən ikili standartlar sübut edir ki, amerikan siyasi liderləri tərəfindən qəbul edilən qərarlar qan tökülməsinə, qırğına, zorakılıqlara və xaosa səbəb olur”. Bu barədə portalda yazı yazan müəllif Nikolas Devis hesab edir ki, nə zaman hansısa ölkədə dövlət çevrilişi baş verirsə və legitim dövlət başçısı hakimiyyətini itirirsə, ABŞ qanunun aliliyinə əsaslanmadan, sırf geopolitik və iqtisadi maraqlar baxımından bu dəyişikliyi dəstəkləyə və ya dəstəkləməyə bilər. Hesab edilir ki, bu dövlət indiyə qədər olan dünya proseslərində buna dəfələrlə gedib.

“Hansısa ölkədə dövlət çevrilişi baş verirsə və legitim dövlət başçısı hakimiyyətini itirirsə, ABŞ qanunun aliliyinə əsaslanmadan, sırf geopolitik və iqtisadi maraqlar baxımından bu dəyişikliyi dəstəkləyə və ya dəstəkləməyə bilər”

Müəllif xatırladır ki, ABŞ və Avropa anındaca Kiyevin yeni hökumətini tanıdılar, amma Ukraynada yaranan “DXR” və “LXR” cinayətkar, terrorçu və “ölkəni işğal edən xarici işğalçılar” adlandırıldılar: “Situasiya Ukraynada on minlərlə insanın qurban getməsinə səbəb ldu və bu, Vaşinqtonun heç vecinə də olmadı: “Yəmən və Ukrayna arasında yeganə fərq odur ki, Yəmənin prezidenti Abd Rabbu Xadi də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç kimi ölkədən qaçmağa məcbur olub, amma 2015-ciildə rəsmən istefa verib. ABŞ Xadini legitim prezident hesab etməyə çalışır. Halbuki bu adamın vaxtı 2014-cü ildə bitib, özü isə 2015-ci ildə rəsmən istefaya gedib. ABŞ bu faktı görmək istəmir. Bu isə legitim prezident olmuş Yanukoviçə ABŞ-ın fərqli münasibətindən xəbər verir. Yanukoviç heç vaxt istefaya getdiyi barədə bəyanat verməmişdi, o, zorla devrilmişdi”.
Müəllif daha sonra qeyd edir: “Faktiki olaraq, ABŞ, amerikan maraqlarına cavab verən bir adamı hər hansı ölkənin başına gətirmək üçün o ölkənin xaraba qalmasına razıdır”.
Qeyd edək ki, artıq Yəməndə də dünyanın müxtəlif yerlərindən gəlmiş muzdlular döyüşməkdədir və bu, Qərb texnoloqları tərəfindən, Suriyada, Ukraynada və digər ölkələrdə törədilən qırğınların ssenarisini xatırladır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info