Suraxanı rayonunda əhalinin tibbi müayinəsi davam edir
Tarix: 15.04.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin hərtərəfli tibbi müayinədənkeçmə Suraxanı rayonunda da uğurla davam edir.
Rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədənkeçmə qrafiki tərtib olunub. Qrafik əsasinda rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Tibbi müayinə 212300 nəfər rayon əhalisini və 21858 nəfər rayonda məskunlaşmış məcburi köçkünləri əhatə edir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə 15 aprel 2015-ci il tarixədək Suraxanı rayonunda 127 mindən çox vətəndaş və 99-dan çox kollektiv tibbi müayinədən keçib. Rayon üzrə 6790 nəfər rentgen, 27172 nəfər laboratoriya, 6937 nəfər USM və 3976 nəfər EKQ müayinəsindən keçib. 5808 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 787 nəfər dispanser nəzarətinə alınıb, 503 nəfər müalicə kursu keçib, 309 nəfər isə xəstəxanalara yerləşdirilmişdir.
Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış 13 nömrəli Birləşmiş Şəhər Xəstəxananın poliklinika şöbəsində səhər tezdən olmasına baxmayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, təqaüdçülər axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Abdullayeva Zümrüd məlumat verdi ki, Xəstəxana 2014-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün xəstəxana tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Əhalinin tibbi müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayinə edirlər. Müəssisəmiz 20127 nəfər əhaliyəvə xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqramma və digər müayinələrdən keçirlər. 15 aprel 2015-ci il tarixədək 17850 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 657 nəfəri rentgen, 3500 nəfəri laboratoriya, 441 nəfər USM və 542 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 205 nəfərində müxtəlif xəstəliklər aşkar olunub, 113 nəfəri stasionar müalicəyə götürülüb və 52 nəfər hospitalizasiya olunub. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Əmircan qəsəbə sakini, qəsəbə ağsaqqallar şurasının sədri Tofiq Nəsirov 15 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün tədqirəlayiq olduğunu xüsusi vurğuladı. 02 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycan vətəndaşının qayğısına qalır.
Əmircan qəsəbə sakini İsmayılzadə Səkinə İslam qızı da bildirdi ki, bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info