Federika Quidi: “Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirir”
Tarix: 15.04.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Azərbaycandakı iqtisadi inkişaf Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının dərinləşməsi üçün böyük imkan yaradır”

İtaliya Respublikasının iqtisadi inkişaf naziri xanım Federika Quidinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-İtaliya İşgüzar Görüşü keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox şirkətin nümayəndəsi iştirak edib. Bakı Biznes Mərkəzində keçirilmiş işgüzar görüşdə çıxış edən itisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığımız uğurla davam etdiyini qeyd etmiş, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və 2014-cü ildə bu barədə müvafiq bəyannamə imzalanıb. Azərbaycan və İtaliya arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiya, müştərək qurumlar, keçirilən biznes forum və işgüzar görüşlər də əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. Bildirilib ki, indiyədək İtaliya ilə müxtəlif sahələrdə 30 sənəd imzalanıb. İtaliya 7 il davamlı olaraq Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub. Hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. İtalyan şirkətləri “Şahdəniz 2”, Cənub Qaz Boru Kəməri və “Star” layihələrinin kontraktorlarındandır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliyan şirkətləri ilə illik 800 mln. kubmetr qaz alqı-satqısı sazişi imzalanıb. Azərbaycan Hökuməti və SOCAR tərəfindən birgə həyata keçirilən “Star” layihəsi çərçivəsində “SACE Group”la 600 mln. dollar məbləğində maliyyə əməkdaşlığı həyata keçirilir. İndiyədək ölkələrimiz arasında 14 biznes forum və işgüzar görüşlər keçirilib. Bu cür tədbirlər iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və bugünkü işgüzar görüş də iş adamları arasında əməkdaşlığın inkişafına müsbət töhfə verəcək.
Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırıb, enerji, ticarət, investisiya, yüngül sənaye, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini diqqətə çatdıran Şahin Mustafayev bildirib ki, bəzi italyan şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və bu ərazilərə turist səfərlərinin təşkili, habelə İtaliyadakı sərgi və tədbirlərdə qondarma respublikanın iştirakı qəbul edilməzdir və İtaliya Hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır.
İtaliya Respublikasının iqtisadi inkişaf naziri xanım Federika Quidi çıxışında qeyd edib ki, Azərbaycan İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir və səfər zamanı ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işlərinin şahidi olub. Azərbaycanın müxtəlif sahələrdə iri layihələr həyata keçirdiyini qeyd edən xanım Quidi belə layihələrin reallaşdırılmasında İtaliya şirkətlərinin də iştirak etdiyini qeyd edib. Bugünkü biznes forumda xeyli sayda iş adamının iştirak etməsi hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir. F.Quidi Azərbaycandakı iqtisadi inkişafın Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının dərinləşməsi üçün böyük imkan yaratdığını qeyd etmiş, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, kənd təsərrüfatı, İKT və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və İtaliyanın Ticarətin Təşviqi Agentliyinin (İCE) baş direktoru Roberto Luonqo müvafiq olaraq Azərbaycanın və İtaliyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər. İşgüzar görüş çərçivəsində Azərbaycanın “SOCAR Polymer” MMC ilə İtaliyanın “Maire Tecnimont S.p.A” Mühəndislik Şirkətlər Qrupa arasında müqavilə imzalanıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info