ABŞ-ı polis zorakılığına qarşı etiraz dalğası bürüdü YENİLƏNİB
Tarix: 15.04.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda xeyli sayda vətəndaş polisin insanlara qarşı zorakılığına etiraz etmək üçün aksiya keçiriblər. “Associated Press”in yaydığı məlumata görə, nümayişçilər etiraz zamanı saxlanılarkən polis tərəfindən öldürülən Erik Qarner və Uolter Skotun adını səsləndiriblər. Aksiya Manhettenin ən böyük meydanlarından biri olan “Union Square”da başlayıb, daha sonra onlar Bruklin körpüsündən keçərək etiraz əlaməti olaraq avtonəqliyyatın hərəkətinə qismən maneə törədiblər. Aksiya təşkilatçıları analoji mitinqlərin parallel olaraq ABŞ-ın 18 ştatının 28 rayonunda keçirildiyini qeyd ediblər. Həmçinin o da vurğulanır ki, bu kütləvi etiraz aksiya sosial şəbəkələr vasitəsilə təşkil olunub və mitinqlərin təşkilatçısı “Kütləvi şəkildə azadlıqdan məhrum etməyə YOX” təşkilatıdır. Etiraz edərək küçələrə çıxan insanlar daha çox Amerika məhkəmələrindən qətli törədən polislərə ittiham irəli sürülməsini və onların həbs olunmasını tələb ediblər.
Bəzi saytlar yazırlar ki, aksiya iştirakçılarının sayı bir neçə min təşkil edib. O da bildirilir ki, bu etiraz dalğasının bütün ştatlara yayılacağı istisna olunmur. Çünki son zamanlar polislərin daha çox qaradərili vətəndaşlara qarşı fərqli davranması ümumilikdə Amerika vətəndaşları arasında ciddi narahatlığa səbəb olub.
Qeyd edək ki, ümumiyyətlə son vaxtlar ABŞ-da polisin öldürdüyü qaradərili amerikalıların sayının artması bir sıra beynəlxalq insan hüquqları təşkilatlarını da ciddi narahat etməyə başlayıb. “Pravda.ru” yazır ki təkcə son bir ayda silahsız 111 nəfər vətəndaş öldürülüb. Bu olayların içində xüsusilə afroamerikalı Erik Qarnerin Nyu-Yorkda saxlanılarkən polis tərəfindən boğulması və Missuri ştatında Maykl Braunun polis tərəfindən güllələnməsi əhali arasında xüsusi narahatlıq yaradıb.
Xatırladaq ki, sonuncu hadisə bu ilin aprelində Cənubi Karolina ştatında Çarlston şəhərində baş verib. Həmin vaxt polis Maykl Sledcer 50 yaşlı silahsız yerli sakin Uolter Skotun kürəyinə 50 dəfə atış açıb. Polis qaradərili amerikalının onun elektroşok cihazını götürdüyünü və öz həyatı üçün qorxduğundan ona atəş açdığını bildirib. Lakin yayılan videogörüntüdə hadisə zamanı ölən şəxsin silahsız olduğu görünür.
Doğrudan da dünya insan haqları, irqi ayrıseçkilik və polis zorakılığı ilə bağlı dərs keçməyə çalışan bir ölkənin özünün daxilində belə arzuolunmaz proseslərin getməsi bir sıra suallar doğurur. Necə ola bilər ki, hətta minlərlə amerikalı vətəndaşını dəfələrlə küçələrə tökən belə qeyri-insani davranışlar dəfələrlə təkrarlanır amma ABŞ rəhbərliyi polislərin davranışları, ümumilikdə irqi-ayrıseçkiliklə bağlı ciddi addımlar atmırlar? Görünür bu ölkənin insan haqlarından danışması müəyyən siyasi maraqlardan başqa bir şey deyilmiş...


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info