TUMİB Binəqədidə gəncləri azərbaycançılıqla fəxr etməyə çağırıb
Tarix: 15.04.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir bu gün Bakının Binəqədi rayonunda baş tutub. Yüz nəfərə yaxın gəncin iştirakı ilə baş tutan tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini və layihə barəsində məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində bu günə kimi Şəmkir, Qəbələ və Salyan rayonlarında yüzlərlə gəncin iştirakı ilə konfranslar keçirilib və Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi elan edib. TUMİB sədri bildirib ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişməsinə təkan verməkdir.
Ç.Bayramov həmçinin gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasının vacibliyindən danışıb. Salonda əyləşən gənclərə müraciət edən TUMİB sədri onları ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırıb.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Tanınmış jurnalist beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğuna diqqət çəkərək, 1 milyon insanın doğma yurd-yuvasından didərgin düşməsini qeyri-insani hərəkət adlandırıb. Tədbir iştirakçılarını diaspora təşkilatları ilə əməkdaşlığa səsləyən S.Verdizadə deyib ki, gənclərimiz yalnız müxtəlif xarici dilləri yüksək səviyyədə öyrənməklə Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilərlər.
Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Şərafəddin Şərifov və digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşblər. Onlar Ulu öndər Heydər Əliyevin müdrik kəlamı olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” Azərbaycaçılıq məfkurəsinin əsasını təşkil etdiyini diqqətə çatdırıblar. Prezident İlham Əliyevin sözlərini xatırladan natiqlər son on ildə Azərbaycançılıq məfkurəsinin daha da sistemləşdirildiyini bildiriblər.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçıları TUMİB-in diplomları ilə təltif ediliblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info