Səfirimiz Misirdə kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Tarix: 15.04.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin Qalyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdüzzahirlə birgə Azərbaycanın Abşeron rayonu ilə Qalyubiyyə vilayəti arasında qardaşlaşma əlaqələri çərçivəsində Misirin Bənha şəhərində kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
Səfirlikdən verilən məlumata görə, xeyriyyə aksiyası çərçivəsində müxtəlif yaş kateqoriyalarına aid olan 250 kimsəsiz uşaq üçün Azərbaycan səfirliyinin və Misirin Qalyubiyyə vilayətinin birgə iştirakı ilə xüsusi nahar süfrəsi və əyləncəli musiqi proqramı təşkil edilib.
Bundan başqa, Misirin Bənha şəhərində kimsəsizlərdən ibarət 15 cütlük üçün birgə toy mərasimi keçirilib. Toy mərasimi ilə əlaqədar yeni ailə quran kimsəsizlərə Azərbaycan səfirliyi və "EgAz" (Misir-Azərbaycan) şirkəti tərəfindən cehiz hədiyyələr təqdim edilib və musiqi proqramı təşkil edilib.
Ş.Abdullayev tədbir zamanı Misirin televiziya kanalına müsahibə verərək, ehtiyacı olanlara əl tutmaq və onların problemlərinə şərik çıxmağın Azərbaycan xalqının təfəkküründə dərin köklərə malik olduğunu qeyd edib, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini bildirib.
Öz növbəsində, Qalyubiyyə vilayətinin qubernatoru M.Əbdüzzahir qardaşlaşma çərçivəsində belə bir xeyriyyə aksiyasının keçirilməsinə görə Azərbaycanın Misirdəki səfirliyinə təşəkkürünü bildirib və Azərbaycanın Abşeron rayonu ilə Misirin Qalyubiyyə vilayəti arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini, yeni imkanların yaradılacağını qeyd edib və Azərbaycanın bu çətin bir vaxtda dost Misirin yanında olmasından məmnun olduğunu vurğulayıb.
Qeyd edək ki, Misirdə kimsəsiz uşaqlarla bağlı səfirlik tərəfindən keçirilən xeyriyyə aksiyaları dörd ildir davam edir.
Tədbir Misirin televiziya kanallarında və yerli mətbuatda geniş şəkildə işıqlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
13.12.2018
“DaimOnline” kampaniyası daha iki universitetdə
13.12.2018
Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info