Cəmil Çiçək Rusiyada Dağlıq Qarabağ haqsızlığından danışdı
Tarix: 15.04.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək TASS agentliyində keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən də danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Türkiyənin mövqeyinin bəlli olduğunu bildirərək deyib: “Biz imkan olduqca bu haqsızlığın bütün səviyyələrdə keçirilən görüşlərdə müzakirə edilməsinə çalışırıq. Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Münaqişə başlayan vaxtlarda dünyaya gəlmiş uşaqlar bu gün artıq 22-23 yaşlarındadır, bir milyondan artıq insan yerindən-yurdan didərgin düşüb. Lakin təəssüf ki, beynəlxalq aləmdə bu məsələyə münasibətdə ikili standartlar nümayiş olunur”.

Türkiyə parlamentinin sədri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə Cənibi Qafqazda sülh bərqərar olmayacaq. Bölgədə sülhün bərqərar olması üçün bu münaqişənin həll edilməsi vacibdir. Təəssüf ki, Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səyləri heç bir nəticə vermir və bu haqsızlıq hələ də davam edir.
O həmçinin bildirib ki, “soyqırımı” iddialarından ən çox Ermənistan zərər görür.
O bildirib ki, Ermənistanın 1915-ci il hadisələri ilə bağlı soyqırımı iddialarını irəli sürməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermir: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı 2009-cu ildə protokollar imzalandı. Təəssüflər olsun ki, Ermənistan bu protokolları parlament gündəmindən geri çəkdi. Ermənistan Konstitusiya Məhkəməsi də bu protokolları əngəlləyən bir qərar çıxardı. Türkiyə parlamentində isə bu məsələ hələ də var. Protokollar eyni vaxtda ratifikasiya ediləcəkdi”.


Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info