“Ərəb baharı” öz “balalarını” suda boğulmağa məhkum edib
Tarix: 15.04.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Liviyalıların qırğınlar və xaos çanağına çevrilən ölkələrini tərk etmələri və Aralıq dənizində kütləvi boğulmalarının səbəbi Qərbin bu ölkəyə müdaxiləsinin nəticəsidir

“Ərəb baharı”nın baş verdiyi Liviyadan qaçan miqrantların yeni dalğasının 400 nəfərindən çoxu Aralıq dənizində boğulub. Bu barədə “The Guardian” yazır. Bu məlumatı dənizdə sağ qalanlar yardım təşkilatına bildiriblər. Qeyd edilir ki, İtaliyanın sahil gözətçiləri 144 nəfər miqrantın dənizdə xilas edilməsinə nail olublar. Amma güman edilir ki, batanların sayı xilas edilənlərin sayından xeyli dərəcədə çoxdur və batanlardan cəmisi 9 nəfərinin meyidi tapılıb. “Save The Children” təşkilatı xəbər verib ki, qurbanlar arasında həddi-buluğa çatmamış yeniyetmələr də olub.
İtaliya Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Flavio Di Giacomo “Agence France-Presse”ə bildirib ki, sağ qalanların bir neçəsi deyiblər ki, gəmi batan zaman onlar 550 nəfər civarında olublar. Aparılan təhqiqatlara görə, güman edilir ki, miqrant sərnişinlər İtaliya xilasedici qrupunu görərkən gəmidə hərəkət etməyə başlayandan sonra gəmi çevrilib.

“Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər”

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ötən il 3 min 73 miqrant Aralıq dənizi vasitəsilə Afrikadan Avropaya keçərkən, suda boğulub. 2013-cü ildə bu boğulma göstəricisi 700 nəfər olub. Amma qeyd edilir ki, bunlar real göstəricilər deyil: “Əslində bundan daha çox miqrant suda boğulub”. Qeyd edilir ki, Liviyada hazırda zorakılıqlar və xaos hökm sürdüyünə görə, miqrantların yaxşılaşan hava şəraitində Avropaya qayıqla köç etməsi halları daha da kütləviləşib. O da bildirilir ki, ötən il 280 min nəfərdən çox miqrant qeyri-leqal yolla Avropa Birliyinə daxil olub. Bu miqrantların çoxunun Liviya, Suriya, Eritreya və Somalidən gəldikləri bildirilir. Avropa sahil gözətçiləri isə artıq kütləvi miqrant köçündən təngə gəliblər. Hava şəraiti yaxşılaşan kimi, münaqişə və xaosdan, qırğından qaçan afrikalı və asiyalı miqrantların sayı daha da artır. Bundan başqa sahil gözətçiləri ilə miqrantlar arasında baş verın insidentlər və bundan yaranan fəsadlar da müzakirə edilən məsələlər sırasında hallandırılır.
Ötən saylarımızda da yazmışdıq ki, 2011-ci ildə baş verən “ərəb baharı” nəticəsində bu cür miqrantlar Avropa ölkələrinə dəniz yolu ilə axın etməyə başladılar və ildən-ilə onların axınlarının sayı daha da çoxaldı. Təbii ki “ərəb baharı”nın nəticələri həmin ölkələrin əhalisi üçün tamamilə faciəvi oldu: kütləvi qırğınlar, əhalinin sayının kəskin azalması, vətəndaş müharibəsi, infrastrukturun dağılması, xarici dairələrin qurduqları planlar əsasında bu ölkələrin təbii sərvətlərinin, pul, qızıl ehtiyatlarının talanması və sair. Nəticədə viran qalmış ölkələrini tərk edən əhalinin bir qisminin nəsibi də dənizdə boğulmaqdır. Həmçinin, bu gün ciddi iqtisadi böhranlarla üzləşən Avropa ölkələri, həmin miqrantların dənizdə boğulmaqdan qurtulanları və “qoca qitə”yə ayaq basanları normal qarşılaması da mümkün deyil. Çünki həmin yollarla ərəb ölkələrindən Avropaya gələn miqrantların ən pis gündə olan səfillər kimi qitə ölkələrinin küçələrində günlərini saydıqları, diskriminasiyaya məruz qaldıqları, heç bir sığınacaq tapa bilmədikləri ilə bağlı kadrlardan əksər insanlarımızın da xəbəri var. Bu bir daha onu göstərir ki, həmin ərəb ölkələrinin əhalisi 2011-ci ildə aldadılıb xaosa, vətəndaş müharibəsinə, qırğın və talanlara sürükləndikləri kimi, indi nə öz ölkələrində, nə də Avropada özlərinə yer tapa, normal həyat sürə bilmirlər və ölümün ağuşuna buraxılıblar. Tarix dəfələrlə sübut edib ki, xalqların taleyinə, yaşayışına kənardan edilən bədniyyətli müdaxilələr və bunların nəticəsində mənfi yöndə baş verən dəyişikliklər həmin xalqlar üçün həmişə faciəvi olub.

Bu gün Liviya, Suriya, İraq kimi ölkələr məhz xarici müdaxilə nəticəsində xaos və qırğın çanaqlarına çevriliblər. Bunun nəticələri isə bütün region və dünya ölkələri üçün faciəvidir

Bu gün biz “ərəb baharı”nın baş verdiyi ölkələrdə, bunun bariz nümunələrini görürük. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu mövzu ilə bağlı fikrini bildirib: “Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər”.
Göründüyü kimi, bu gün Liviya, Suriya, İraq kimi ölkələr məhz xarici müdaxilə nəticəsində xaos və qırğın çanaqlarına çevriliblər. Bunun nəticələri isə bütün region və dünya ölkələri üçün faciəvidir…

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info