Fransızlar Avropa Oyunları üçün Oton Pavianı seçib
Tarix: 15.04.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Fransanın “www.independant.fr” internet portalında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarından və Fransanın cüdo üzrə qadınlardan ibarət yığma komandasında idmançıların seçimindən bəhs edən “Cüdo: Oton Pavia Avropa Oyunları üçün seçilib” sərlövhəli məqalə yerləşdirilib. İyun ayında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının idman tarixində mühüm hadisə olacağı diqqətə çatdırılan məqalədə bu oyunlar üçün Azərbaycanın seçilməsinin heç də təsadüfü olmadığı, ölkəmizin iqtisadi inkişafının buna imkan verdiyi, bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi vurğulanır. Yarışların yüksək səviyyədə keçməsi üçün hazırlıq işlərinin artıq yüksək səviyyədə başa çatdığı qeyd olunur.
Məqalədə iyun ayının 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında cüdo üzrə Fransa yığma komandasına adlı-sanlı, təcrübəli 16 idmançının daxil edilməsindən, məşqçilərin uğurlu oyunu ilə komandasına dəfələrlə qələbə qazandıran, qadınlar arasında ən şanslı idmançı hesab olunan Oton Paviaya böyük ümid bəsləmələrindən bəhs edilir. Çox erkən yaşlarından cüdo ilə məşğul olan O.Pavianın Bankoqda gənclər arasında keçirilən dünya çempionatında ilk uğura imza atdığı, 2013-cü ildə Budapeştdə Avropa çempionatının final yarışında avstarliyalı rəqibi Sabrina Filmser üzərində inamlı qələbə qazanaraq qızıl medala layiq görüldüyü, ikinci qızıl medalı isə 2014-cü ildə Fransanın Monpelye şəhərində Dünya Çempionatında almaniyalı idmançı Miriyam Roneplə görüşdə əldə etdiyi bildirilir. Fransanın qadınlardan ibarət cüdo komandasının ən güclü idmançısı hesab olunan 26 yaşlı Oton Pavia fərdi yarışlarda 6 qızıl, 2 gümüş və 3 bürünc, komanda tərkibində isə 3 qızıl və 2 gümüş medal qazanıb. Yığma komandanın məşqçisi çəki dərəcəsinə görə dünya qadın cüdoçuları arasında ikinci idmançı hesab olunan A.Pavianın Bakıda keçiriləcək Avropa Oyunlarında növbəti qələbə qazanacağına böyük ümid bəsləyir. Bütün bunlar məqalədə öz geniş əksini tapıb.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Şəhriyar Məmmədyarov Aniş Qiri ilə mübarizə aparacaq
25.08.2019
Neymar “Barcelona“ya müraciət etdi
25.08.2019
Levandovskinin het-triki “Bavariya”ya üç xal qazandırıb
24.08.2019
“Liverpul” “Arsenal”ı məğlub edib
24.08.2019
Neymar PSJ ilə yaxınlaşmaq niyyətindədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info