“Təhlükəsizliyi təhdid edənlərin qətli əmrini ABŞ hökuməti verib”
Tarix: 16.04.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Norman Hoces MKİ-nin killeri olduğunu və 1959-72-ci illər arasında 37 sifarişli qətl həyata keçirdiyini etiraf edib
Dünyaya demokratiya, insan hüquqlarının müdafiəsi ilə bağlı “dərs keçmək” hüququnu özündə görən ABŞ-da elə bu sahələrlə bağlı elə iyrənc faktlar qeydə alınır ki, bunu nə ikili standartların, nə də siyasi maraqların ayağına yazmaq olmur.
Bu ölkənin Mərkəzi Kəşifiyyat İdarəsinin dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi dəhşətli qanlı əməliyyatların sayı-hesabı yoxdur. ABŞ-ın Vircinya ştatının Norfolk şəhərində yerləşən hospitalda yatan keçmiş MKİ əməkdaşı Norman Hocesin açıqlamaları sensasiya yaratmaqla yanaşı, “demokratiya beşiyi”nin mahiyyətini üzə çıxarıb.
“WorldNews DailyReport” yazır ki, keçmiş kəşfiyyatçı uzun illər MKİ-nin killeri olduğunu və 1959-72-ci illər arasında ABŞ hökumətinin əmri ilə 37 sifarişli qətl həyata keçirdiyini etiraf edib. Hoces MKİ-də 41 il işləyib və ölkənin təhlükəsizliyini təhdid edən şəxslərin zərərsizləşdirilməsilə məşğul olub və bu işdə mayor Ceyms Heyvorsdan birbaşa əmr alıb. Daha bir sensasiya yaradacaq fakt, kəşfiyyatçının məşhur aktrisa Merilin Monronu qətlə yetirdiyini etiraf etməsi olub. O deyib ki, həyata keçirdiyi qətl hadisələrinin hamısını xatırlayır. Merilin Monronu qətlə yetirməsindən danışan Hoces bildirib ki, bu əmri ona mayor Ceyms Heyvors verib. Heyvors ona deyib ki, bu qadın mütləq ölməlidir, çünki o, Kennedi ilə yanaşı Fidel Kastro ilə də əlaqədədir və ölkənin sirlərini ruslara sata bilər. O, ölkənin sirlərinin yayılmasının qarşısını aldığı üçün Monronu öldürməkdən peşman olmadığını deyib. Öldürdüyü adamların içində yeganə qadının Monro olduğunu bildirən killer deyib ki, 1962-ci il avqustun 5-də gecə saat 1-də Monronun yataq otağına daxil olub və onun damarına yüksək dozalı xloralqidrat nembutal yeridib. Məşhur qadın bu maddələrin təsiri ilə ölüb. Hoces etiraf edib ki, ona əmr veriblər ki, Monronun ölümü ya intihar kimi, ya da yüksək dozada narkotik maddə qəbulundan olmuş kimi görünməlidir. Bu açıqlamalardan sonra ölümcül vəziyyətdə olan Hocesin əlləri çarpayıya qandallanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info