İtaliya şirkəti Sumqaytda zavod tikəcək
Tarix: 16.04.2015 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Azərbaycan-İtaliya işgüzar görüşü çərçivəsində “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında Sumqayıt Polipropilen zavodu layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Beynəlxalq hüquq praktikasına uyğun şəkildə tərtib olunan EPC tipli müqavilənin ümumi dəyəri təxminən 350 milyon avrodur. Layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.
Müqaviləni “SOCAR Polymer” şirkətinin baş direktoru Fərid Cəfərov və “Maire Tecnimont” şirkətinin icraçı direktoru Pierroberto Folciero imzalayıblar. Bildirilib ki, İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” arasında ilkin mühəndislik çalışmaları həyata keçirilib və Sabit Qiymətli Açar Təslim EPC tipli müqavilə üzrə Polipropilen zavodunun və ümumi təsərrüfat blokunun tikilməsi üçün razılaşma əldə olunub. İllik gücü 180 min ton təşkil edəcək Polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək. Azərbaycanda ilk polipropilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır. Məlumat verilib ki, polipropilen - qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və bir neçə digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur. Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xarici ölkələrdən idxal edir. “SOCAR Polymer” layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaq. Qeyd edək ki, Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik və tikinti, texnologiyaların hazırlanması və lisenziyalaşdırma, energetika və karbohidrogenlərin sənaye istehsalında ixtisaslaşan birgə müəssisələrin yaradılması (neft və qaz, neft-kimyası və gübrə), o cümlədən energetika və infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 30-dan artıq ölkədə nümayəndəliyə malik və 45-dən artıq şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 4 min 300 nəfər işçi çalışır. SOCAR, eləcə də “Paşa Holding”, “Azersun Holding”, “Gilan Holding” arasında yaradılmış “SOCAR Polymer” MMC ölkəmizdə kimya sənayesinin inkişafının gücləndirilməsi, polipropilen və yüksək sıxlıqlı polietilen məhsullarının istehsalı üçün nəzərdə tutulmuş Polipropilen zavodunun inşa edilməsi məqsədi ilə təsis olunmuş və 2013-cü il iyulun 16-da dövlət qeydiyyatından keçib. “SOCAR Polymer” MMC-nin əsas fəaliyyət istiqamətlərini zavodun layihələndirilməsi, tikilməsi, lazımi avadanlıqların, cihazların alınması və quraşdırılması, istifadəyə verilməsi və sair təşkil edir. “SOCAR Polymer” MMC tərəfindən illik layihə gücü 200 min ton təşkil edən polipropilen qurğusunun 2017-cı ildə, illik layihə gücü 120 min ton təşkil edən yüksək sıxlıqlı polietilen qurğusunun isə 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır. Qurğuların lisenziyaları müvafiq olaraq “Lyondell Basel” və “İneos” şirkətləridir. İstehsal olunmuş məhsulların 30 faizinin yerli bazarda reallaşdırılması, digər hissəsinin isə Türkiyə, Avropa və MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info