“Əməkdaşlıq etmədən qlobal və regional problemləri həll etmək mümkün deyil”f
Tarix: 16.04.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Rusiya İrana “S-300” zenit-raket komplekslərinin satışına qoyulan qadağanı ləğv etməklə Amerika Birləşmiş Ştatlarına göstərdi ki, onunla əməkdaşlıq etmədən dünyadakı qlobal və regional problemləri həll etmək mümkün deyil”.
Bu fikirlər “Asia Times” nəşrinə məxsusdur. Maraqlıdır, görəsən, niyə Moskva məhz indi İranı “S-300” zenit-raket kompleksləri ilə təchiz etmək kimi əhəmiyyətli bir qərar qəbul etdi? “Asia Times”da yayılan məqalədə qeyd edilir ki, bu addım, yaxın perspektiv üçün dünya siyasətinə böyük təsir göstərəcək. Məqalə müəllifi ABŞ prezidenti Barak Obama diplomatiyasındakı "biabırçı" epizodu xatırladır. Belə ki, o, Dmitri Medvedevi əmin etmişdi ki, ABŞ-ın Avropada yerləşdirilmiş raket əleyhinə müdafiə sistemi ikinci dəfə prezident seçiləcəyi təqdirdə dərhal ləğv ediləcək. Lakin Obama yenidən prezident seçildikdən sonra dediyi sözə əməl etmədi: “Dövlət rəhbərinin nüvə silahı kimi mühüm bir məsələdə məktəbli səviyyəsində davranması qəbuledilməzdir. Lakin Obama bu rüsvayçılığı etdi”. Müəllif qeyd edir ki, Rusiya Amerikanın Avropada yerləşdirilən raket əleyhinə müdafiə sisteminə qarşı həmişə etiraz etsə də, ABŞ bu silahların İran və Şimali Koreya kimi dövlətlərə qarşı yönəldildiyini iddia edirdi. Bundan əlavə, Obama Moskvanı inandırmağa çalışırdı ki, İranın nüvə məsələsi həll edildikdən sonra raket əleyhinə müdafiə sistemi öz mənasını itirəcək: “İndi ABŞ-İran danışıqları artıq başa çatmaq üzrədir. Amma Obama bu dəfə də vədinə xilaf çıxacaq. Belə ki, Vaşinqton tədricən oyunun qaydalarını sakitcə dəyişməyə çalışır. Təəccüblü də olsa, indi həm ABŞ, həm də NATO iddia edirlər ki, Avropada raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinin İranın nüvə məsələsi ilə heç bir əlaqəsi yoxdur. Amma faktlar göz önündədir. Raket əleyhinə müdafiə sisteminin Avropada yerləşdirilməsinin real məqsədi Rusiyanın raket imkanlarının zərərsizləşdirilməsinə hesablanıb. Putin Obamaya ABŞ-ın maraqlarının təhlükə altında olduğu hissini yaşadır. Axı, “S-300” zenit-raket kompleksi ABŞ-ın zərbə imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Artıq İranın Yaxın Şərqdəki siyasəti ABŞ üçün çox problemli ola bilər. Bu fəaliyyət ABŞ-ın Yaxın Şərqdəki hegemonluğuna son qoya bilər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info