Ehtiyacı olana yardım etmək Azərbaycan xalqının dəyərlərindən biridir
Tarix: 16.04.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin “əl-İttihad” qəzeti Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi haqqında məqalə dərc edilib.
Məqalədə deyilir: “Ehtiyacı olan insanlara yardım etmək Azərbaycan xalqının qədim zamanlardan ən böyük dəyərlərindən biridir və Azərbaycan iqtisadiyyatının sürətli və stabil inkişafı imkan verir ki, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqı tərəfindən bu ölkələrə yardım edilsin. 2011-ci ildə yaradılmış Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) də bu məqsədə xidmət edir”.
Məqalədə həmçinin qeyd olunur ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə, təhsil sahələrinin inkişafı, xəstəliklər və aclıqla mübarizədə dünya ölkələrinə dəstək olmaq Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (BMT İP), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB) və digər donor təşkilatları və agentlikləri ilə əməkdaşlıq edən AİDA-nın dünyəvi missiyasıdır.
Fəaliyyətdə olduğu dövr ərzində AİDA-nın göstərdiyi yardımlardan Asiya, Afrika və Latın Amerikasında 30-dan çox ölkə faydalanıb. Məqalədə Agentliyin həyata keçirdiyi proqramlar sırasında Panamada baş vermiş aramsız yağışların və Kubada Sandi qasırğasının törətdiyi fəsadların aradan qaldırılması, Qəzza bölgəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində yaranmış ağır vəziyyətlə əlaqədar Fələstin xalqına humanitar yardım göstərilməsi, İordaniyada məskunlaşmış suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, Pakistanın 10 şəhərində daşqından zərərçəkmiş 25000 əhaliyə humanitar yardım göstərilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası, Əfqanıstanda elektron hökumət sisteminin qurulmasına yardım göstərilməsi və xarici tələbələrə Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd proqramı xüsusi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info