Əli Həsənov: “Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları heç bir effekt verməyəcək”
Tarix: 16.04.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“Hamı bilir ki, Azərbaycanda bu gün söz, mətbuat, məlumat azadlığının, insan hüquqlarının, demokratiyanın, siyasi azadlıqların vəziyyəti heç bir dünya ölkəsindən geri qalmır”. Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov birinci Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib. Əli Həsənov bu gün dünyada təzahür edən anti-islam, anti-türk siyasəti, hadisələrə ikili standartlar çərçivəsində yanaşma siyasətinin təəssüf doğurduğunu vurğulayaraq deyib: “Eyni zamanda, erməni lobbisinin dəstəyi ilə bəzi Avropa siyasətçilərinin, beynəlxalq və humanitar, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyətində də eyni təzahürlər müşahidə olunur. Bu təzahürlərdəki anti-Azərbaycan meyli də eyni amillərlə bağlıdır. Azərbaycan cəmiyyəti bunu çox gözəl bilir ki, ölkəmizlə bağlı formalaşdırılmağa cəhd göstərilən bu rəylərin, fikirlərin heç bir əsası yoxdur. Bunlar sadəcə olaraq Azərbaycan xalqının, dövlətinin uğurlarını, o cümlədən bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərin effektivliyini azaltmaq məqsədi daşıyır. Onlar heç nəyə nail ola bilməyəcəklər. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə bugünkü inkişafa dünyanın gözü qarşısında nail olub. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qabağındadır. Bunu heç kim inkar edə bilməz. Heç kim Azərbaycanda olmayan bir şeyi bizim üstümüzə ata bilməz”. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda bütün hüquqlar və azadlıqlar təmin olunub. Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info