Əli Həsənov: “Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı ikili standartların nəticəsidir”
Tarix: 16.04.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


”Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Avropa qanunvericilik tarixinin ən mənfi təzahürlərindən birini nümayiş etdirdi”. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov bunun faktiki olaraq hazırda Avropanın mühüm qurumlarında, o cümlədən Avropa Parlamentində və Avropanın təşəbbüsü ilə yaradılan digər beynəlxalq qurumlarda ikili standartların hökm sürdüyünün göstərici olduğunu bildirib. Prezidentin köməkçisi vurğulayıb ki, neçə illərdir biz yarası hələ sağalmamış Xocalı soyqırımı ilə bağlı dünya, o cümlədən Avropa ölkələrinə real həqiqətləri, ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımını konkret faktlarla çatdırırıq. Amma buna baxmayaraq Avropa ölkələrindən, o cümlədən bu ölkələrin təmsil olunduqları Avropa Parlamenti, Avropa Şurası kimi qurumlardan lazımi, effektli bir qərar ala bilmirik. Əli Həsənov deyib: “1915-ci ildə isə Türkiyə ərazisində heç bir soyqırımı olmayıb. Sadəcə, müharibə şəraitində orada yaşayan ermənilər türk ordusunun arxasında üsyan qaldırıb, bir sıra şəhər və qəsəbələrdə türklərə qarşı qeyri-insani aksiyalar həyata keçirib. Türk ordusu öz əhalisini müdafiə etmək üçün lazımi tədbirlər görüb”. Prezidentin köməkçisi vurğulayıb ki, ermənilərin bu və ya digər ərazilərə köçürülməsi də heç bir soyqırımı hadisəsi ilə müşahidə edilməyib. Sadəcə, müharibə dövrünün tələblərinə uyğun həyata keçirilən aksiyalar olub. Bu gün isə həmin reallığı, gerçəkliyi təhrif edərək, heç bir tarixi fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın bu hadisəyə qiymət verməsi subyektiv mülahizələrə söykənir, anti-müsəlman, anti-türk ovqatından qaynaqlanır. Eyni zamanda, bu, müasir dünyada, xüsusən Avropa məkanında hökm sürən ikili standartların nəticəsidir.
Əli Həsənov bu cür addımların pislənilməli olduğunu bildirərək deyib: Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu qərar yalnız ayrı-ayrı dairələrin yürütdüyü siyasətin nəticəsi olaraq meydana çıxıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18.05.2019
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info