“Forbes“: “Manat MDB məkanında böhrana ən davamlı valyutadır”
Tarix: 16.04.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın manatı MDB məkanında böhrana ən davamlı və devalvasiyaya ən az məruz qalan valyutadır.
Bu barədə "Forbes" nəşri yazır.
"Azərbaycan manatı və Moldova leyi postsovet məkanında ən az devalvasiyaya məruz qalan valyutalardır", - deyə müəllif qeyd edir.
Yazıda MDB-yə üzv olan ölkələrin milli valyutalarının devalvasiyasının səbəblərinə toxunulur. Ekspertlər hesab edir ki, bu prosesdə bir çox oxşar cəhətlər var. Məsələn, oxşar cəhətlər arasında postsovet ölkələrinin iqtisadiyyatında rəqabətqabiliyyətliliyin aşağı olması və Rusiya iqtisadiyyatından güclü asılılığın olması qeyd edilir.
Bununla yanaşı, müəllif qeyd edir ki, MDB ölkələri Rusiyadan həyata keçirilən pul köçürmələrindən asılı vəziyyətdədir. Belə ölkələr sırasında Tacikistan, Ermənistan, Qırğızıstan, Moldova, Özbəkistan və s. göstərilir. Azərbaycan isə bu qəbildən olan ölkələr arasında ən aşağı yeri tutur.
Nəşrin yazdığına görə, ən kəskin devalvasiyaya məruz qalan Ukrayna qrivnasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info