“Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsində məqsəd regionu gərginlikdə saxlamaqdır”
Tarix: 16.04.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


“Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə planlaşdırılmış, xüsusi olaraq Azərbaycan və Türkiyəyə qarşı aparılan işlərin nəticəsidir”. Bu barədə jurnalistlərə “Avronest” Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov deyib.
F.Muradov qeyd edib ki, burada məqsəd Azərbaycan və Türkiyənin yerləşdiyi regionu gərginlikdə saxlamaqdır.
O bildirib ki, Türkiyənin neçə ildir Avropa Birliyinə üzvlüyü məsələsi gündəmdədir: “Bunun üçün qonşu ölkə lazım olan tələbləri də həyata keçirib. Ancaq buna baxmayaraq, Avropa Birliyi Türkiyəni üzv qəbul etmək istəmir. Halbuki, Türkiyədən qat-qat zəif, tələb olunan islahatları həyata keçirməyən dövlətlərin əksəriyyətini Avropa Birliyinə qəbul etdilər. Təbii ki, Türkiyə bu məsələ üzərində düşünməlidir. İnanıram ki, Türkiyə düzgün nəticə çıxaracaq”.
F.Muradov əlavə edib ki, təəssüf ki, Avropa Parlamenti son illər ara qızışdırmaq, sülhün bərqərar olmasına mane olmaq, heç bir əsası olmayan məsələləri gündəmə gətirməklə, onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur:
“Bir il bundan əvvəl istər “Avronest” Parlament Assambleyasında, istərsə də Avropanın digər qurumlarında ermənilərin belə bir fikri var idi ki, qondarma soyqırımın 100 illiyi ilə bağlı tədbirlər keçirsinlər. Biz isə Avropa deputatlarına öz fikirlərimizi bildirdik. Dedik ki, Xocalı faciəsi, 1 milyon qaçqın və məcburi köçkünün olmasını unudursunuz. Ermənistanın ikiüzlü siyasətini bir kənara qoyaraq siz tarixi bəlli olmayan bir məsələni qabardırsınız”.
Deputat vurğulayıb ki, sözügedən “sənəd”in qəbulunda əsas məqsəd tarixi məsələni gündəmə gətirmək deyil. Onun fikrincə, Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi əldə etmək əsas məsələdir:
“Həmin qətnamədə vurğulanır ki, Türkiyə Ermənistanla sərhədlərini açmalıdır. Görünür ki, bu, erməni lobbisinin işidir. Avropa Parlamenti ümumi olaraq hansısa fakta əsaslanmamış tarixi “hadisə”yə qiymət vermək istəyir. Azərbaycan torpaqlarının işğal edilməsi nəticəsində Türkiyə haqlı olaraq Azərbaycana və beynəlxalq hüquqa dəstək verməklə Ermənistanla sərhədlərini bağlayıb”.
Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt torpaqlarının işğal olunması ilə barışmayacaq. F.Muradov onu da əlavə edib ki, Azərbaycan xalqının Avropa Parlamentinə, Avropa institutlarına inamı get-gedə azalır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info