Evo Morales: “ABŞ-ı bütöv sivilizasiyaları məhv etməkdən əl çəkməyə çağırırıq”
Tarix: 16.04.2015 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


“Obama, dünyanı savaş meydanına çevirməkdən əl çəkin!”

Boliviya lideri Evo Morales ABŞ prezidenti Barak Obamanı dünyanı savaş meydanına çevirməkdən əl çəkməyə çağırıb və ABŞ hakimiyyətini dünyanı destabilləşdirməkdə, digər xalqların suverenitetinə hörmət etməməkdə günahlandırıb. Qeyd edək ki, Morales Amerika sammitində bu barədə çıxış edib. Onu da bildirək ki, bu barədə “Deutsche Wirtschаfts Nachrichten” yazır.
Morales ABŞ-dan öz siyasi kursunu dəyişməyi tələb edib: “Biz ABŞ-ı hakimiyyətləri yox, dinc insanları dəstəkləyən yeni siyasət yürütməyə çağırırıq. Prezident Obama, bizi dinləyin. Dünyanı savaş meydanına çevirməkdən əl çəkin! Dünyanı düşmənlərə və dostlara ayırmaq yetər!”.
Bundan başqa, Boliviya prezidenti ABŞ hökumətini Latın Amerikası ölkələrinə və xalqlarına qul kimi yanaşmaqda ittiham edib. O, regionun yoxsulluğunda ABŞ-ı günahlandırıb: “ABŞ Latın Amerikası və Karib dənizi ölkələrinə öz qulları kimi yanaşır. Məhz bu, regionda yoxsulluğun səbəbidir. Mən Birləşmiş Ştatlara müraciət edirəm! Biz nə etmişik ki, bizimlə qul kimi davranılır? Prezident Obama, Latın Amerikası dəyişilib. Biz ABŞ-a tabe olmağa hazırlaşmırıq. Bizim ölkələrdə dövlət çevrilişi etmək indi mümkün deyil. Biz özümüzə məxsus olan gələcəyimizi əldən vermək istəmirik. Biz amerikan imperializminin kölgəsindən qurtulmuşuq. Biz nə düşünürüksə, onu deyirik, nə danışırıqsa, onu edirik. Biz sizi bizim demokratiyamıza və suverenliyimizə hörmət etməyə çağırırıq. ABŞ o vaxt Latın Amerikasını işğal etmişdi və biz bunun təkrarını istəmirik. Biz amerikan prezidentinin göstərişlərinə boyun əymək istəmirik. Biz ABŞ-ı bütöv sivilizasiyaları məhv etməkdən əl çəkməyə çağırırıq”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info