Dövlət Komitəsinin sədri: “Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib”
Tarix: 16.04.2015 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“Bu gün baş verən məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil. Bu, İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəlir. Bu da özünü dini münaqişələr şəklində biruzə verir. Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib. Xüsusən Qərbdə islamafobiyanın yaranmasına səbəb olur.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib. Onun sözlərinə görə, İslam dini öz ardıcıllarının sayına görə dünyada 2-ci yerdədir və bu gün dünyanın elə yeri yoxdur ki, orda İslam dini yayılmasın: “İslam dünyadakı siyasi-ictimai həyata təsir göstərir. Hazırda dünyadakı silahlı münaqişələr və digər problemlərin həlli üçün çağırışlar İslam dini üçün də aktualdır. Dünyadakı problemlərin həlli üçün bütün dünya xalqlarının, bütün dini mənsubların birləşməsi vacibdir. Hazırda dünyada 80-ə yaxın alovlanmış silahlı münaqişə var. Təəssüf ki, onların çoxu İslam ölkələrinə xasdır. Onların arasında xüsusilə təriqətlərarası, məzhəblərarası münaqişələr üstünlük təşkil edir. Bu cür münaqişələrin aradan qaldırılması üçün səylərin birləşməsi vacibdir”. M.Qurbanlı qeyd edib ki, müasir dövrdə İslam maarifçiliyinin özünəməxsus xüsusiyyətləri var: “İslam maarifçiliyi İslam dini ilə başqa dinlərin birgə yaşayışını Quranda olan və Peyğəmbərdən gələn prinsiplər üzərində təşviq və təbliğ edir. İslam dini insanları bir-birinə əl tutmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırır. İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamafobiyaya rəvac verə bilərlər. Lakin elm aləmində İslamafobiya müşahidə olunmur. Çünki alimlər İslamın mahiyyətini anlayırlar. Qərb alimləri İslam dünyasının bilgilərini əxz edərək onları mənimsəyib universitetlərində tədris ediblər. Bu gün də onlar Avropada tədris olunur”. Komitə sədri bildirib ki, bu gün Avropada müxtəlif qruplar meydana gələrək İslam əleyhinə çağırışlar edirlər: “Onlar əsl İslama qarşı deyil. Onların bəziləri faşist ideologiyasının ardıcıllarıdır. Amma orada özünü elm adamı kimi təqdim edənlər də var. Ona görə də İslam maarifçiliyi böyük əhəmiyyət daşıyır. İslam maarifçiliyi məsələsində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Bu işə elm, tədris mərkəzləri, QHT-lər cəlb edilməlidir”.

“Azərbaycan dini xürafata və geriliyə qarşı mübarizə aparan mayak rolunu oynayır”

Komitə sədri onu da bildirib ki, Azərbaycan İslam siviliziyasının tərkib hissəsidir: “Eyni zamanda, Azərbaycan dini xürafata və geriliyə qarşı mübarziə aparan mayak rolunu oynayır. Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır. Zaman-zaman alimlərimiz burada əsl İslamı təbliğ ediblər”. Komitə sədri qeyd edib ki, hazırda ölkədə İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısı alınır: “Dözümsüzlüyü təbliğ edən din məhvə məhkumdur. O dinlər tarixdə yaşayır ki, barışı, sülhü təbliğ edir. Əgər din ekstremizmi, radikalizmi təbliğ edirsə, o, məhvə məhkumdur”.
M.Qurbanlının sözlərinə görə, ölkədə İslamşünaslıq yeni inkişaf mərhələsinə daxil olur: “Biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. Islam dəyərlərinin təbliğində bu gün Azərbaycan alimlərinin, islamşünaslarının tədqiqatlarına böyük ehtiyac var”. O bildirib ki, Azərbaycan dini dözümlülük, multikulturalizm, tolerantlıq baxımından dünyaya nümunədir. Burada müxtəlif dinlərə sitayiş edənlərin dini məbədləri fəaliyyət göstərir. DQİDK sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı dini abidələri məhv etməsi məsələsinə də toxunub: “Monoetnik ölkə olan Ermənistan təkcə Azərbaycana yox, islam dininə də təcavüz edib. Məscidlərə qarşı yürüş təşkil edib. İşğal etdiyi ərazilərdə 900-dən çox abidələri, o cümlədən məscidləri məhv edib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info