“Sərhədlərimiz yaxınlığında silahlı qarşıdurmaların yenidən başlanması təhlükəsi mövcuddur”
Tarix: 16.04.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Rusiyanın təhlükəsizliyindən, sərhədlərimizin yaxınlığında vəziyyətin qeyri-sabitləşməsindən danışarkən postsovet məkanında dondurulmuş münaqişələrə diqqət göstərməmək olmaz”.
Bunu Moskvada keçirilən IV Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
Onun sözlərinə görə, SSRİ-nin dağılmasından ötən müddətdə Moldova ilə Dnestryanı Moldova Respublikası, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında, Azərbaycanla Ermənistan arasında isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna dair münaqişələr nizamlanmamış qalır: “Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda postsovet məkanında mövcud olan bu konfliktlərin yenidən alovlanması ehtimalı artır. Dövlətimizin sərhədləri yaxınlığında silahlı qarşıdurmaların yenidən başlanması təhlükəsi mövcuddur.
Gürcüstan hakimiyyəti bu gün Abxaziya və Cənubi Osetiyanı güc yolu ilə tərkibinə qatmaq niyyətində olduğunu bildirir. Son vaxtlar Kişinyov “yeni” Ukraynanın dəstəyi ilə Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmasını tələb edir, tanınmayan respublikanı iqtisadi blokadada saxlamaqda davam edir. Bütün bunlar isə həmin regionlarda gərginliyin artmasına təkan verir. Bununla bağlı tərəfimizdən müvafiq tədbirlərin görülməsini vacibdir”, - deyə Baş Qərargah rəisi bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info