“Pravda.ru”: “ABŞ polisi terrorçulardan daha çox amerikalı öldürüb”
Tarix: 16.04.2015 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


2000-ci ildən bu yana ABŞ ərazisində polis tərəfindən kütləvi sayda amerikan vətəndaşları öldürülüb

Özünü “azadlıqlar” və “insan haqlarının qorunduğu demokratiya mərkəzi” kimi qələmə verən ABŞ-da insanlar polis güllələrindən kütləvi sayda həlak olmaqdadır. “Pravda.ru” yazır ki, ABŞ polisi terrorçulardan daha çox amerikalı öldürüblər: “Jurnalist Vox Anand Katakam polislə vətəndaşların faciəvi görüş yerlərini göstərən interaktiv xəritə düzəldib. O, həmçinin, polisin törətdiyi qətllərin milli məlumat bazasının yaradılması üzərində işləyir. Bu məlumat bazası və eləcə də Voxun xəritəsi göstərir ki, amerikan polisləri, 2000-ciildən bu yana, ən azı 5600 nəfər öldürüblər. Bu isə teraktlar nəticəsində ABŞ-da öldürülən adamların sayından daha çoxdur. Xəritədə qeyd olunan qətllərin böyük əksəriyyəti atəş nəticəsində baş verib. Bundan başqa, nəqliyyat vasitələrinin qəzası nəticəsində, yüksəksəsli silahlardan və boğulmalardan ölənlərin sayı da nəzərəçarpan qədərdir. Bəzi hallarda insanlar bıçaq yarasından ölüblər. Bütün bunlar isə polislərin təqsiri üzündən baş verib.
Qeyd edək ki, son zamanlar, ABŞ polislərinin amerikan vətəndaşlarını, xüsusilə də qaradərili vətəndaşları, hamilə qadını və sair insanları atəş nəticəsində qətlə yetirdikləri ilə bağlı xəbərlər və faktlar dünya mediasında intensiv yer almaqdadır. Təəssüf ki, bu cür hallar ABŞ-da çox tez-tez baş verməkdədir. Məsələn, cəmi bir ay ərzində ABŞ polisi 111 silahsız vətəndaşı güllələyərək öldürüb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb
23.08.2019
Xәlifә Hafterә sadiq qüvvәlәrin 17 üzvü tәslim olub
23.08.2019
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info