“Qərb ölkələri Asiya və Latın Amerikası ölkələrini də antirusiya kampaniyasına qoşmağa cəhd edir”
Tarix: 16.04.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


“NATO-ya üzv ölkələr geosiyasi məkanı ələ keçirməyə cəhd göstərir. Onlar Şərqi Avropada hərbi potensiallarını möhkəmləndirərək, Rusiya sərhədlərinə yaxınlaşırlar”.
Bunu Moskvada keçirilən IV Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
S. Şoyqu bildirib ki, NATO ölkələrinin keçirdikləri təlimlərin coğrafi məkanı onların Rusiyanın əleyhinə yönəldiyini göstərir: “Bir sıra Qərb ölkələri Asiya və Latın Amerikası ölkələrini də anti-Rusiya kampaniyasına qoşmağa cəhd edir. Onlar Rusiyanı təcrid etmək məqsədi güdürlər. Avropa ölkələrinin KİV-ində Rusiya hərbi təhlükəsinin mövcudluğu barədə yalan informasiyalar yayılır, NATO-nun bu təhlükəyə reaksiyasının gərəkdiyi vurğulanır.
Bütün izolyasiyalara, Qərb ölkələrinin liderlərinin müstəqil siyasət yürütməyimizə və həmvətənlərimizi dəstəklədiyimizə görə bizi “cəzalandırma”sına baxmayaraq digər ölkələrlə əlaqələrini kəsmək niyyətində deyilik. Bütün dünyadan, Avropa, Asiya və Latın Amerikasından olan tərəfdaşlarımızla qarşılıqlı əlaqələri genişləndirməyə hazırıq. Özümüzə qapanmaq niyyətində deyilik”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info