Səfir qondarma parlament seçkilərini tanımayan Abdul Qafur Heydariyə təşəkkür etdi
Tarix: 16.04.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədr müavini Abdul Qafur Heydari ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, A.Q.Heydarini Pakistan senatının sədr müavini vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edən D. Şikarov Pakistanın Dağlı Qarabağ məsələsində ölkəmizə verdiyi dəstək və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığı üçün hər bir azərbaycanlının qəlbində pakistanlılara qarşı böyük məhəbbət yarandığını bildirib.
Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanınmasını əks etdirən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul olunmasını yüksək qiymətləndirən D. Şikarov işğal olunmuş Azərbaycan ərazilərində 3 may 2015-ci il tarixində planlaşdırılan qondarma “parlament seçkilərini” tanımayan bəyanat verdiyinə görə Senatın sədr müavininə təşəkkür edib. Səfir A. Q.Heydarinin üzvü olduğu Camaat-e Ullama İslam Partiyasının Azərbaycanla olduğu sıx əlaqələri olduğunu, partiyanın lideri Mollana Fazl ul Rehmanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb.
Pakistan Senatının sədr müavini A. Q.Heydari isə ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bu dəstəyin işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd söyləyib.
Görüş zamanı regionda cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info