“2017-ci ildə Azərbaycan növbəti peykini orbitə çıxaracaq”
Tarix: 16.04.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov: “Son beş ildə informasiya-kommunikasiya texnologiyaları sektoru təxminən 3,5 dəfə böyüyüb”
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bu gün ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini bildirib. Ölkə başçısı onu da qeyd edib ki, qeyri-neft sektorumuz 7 faiz artıb ki, bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür: “Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək.
Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”. Bu istiqamətdə həyata keçirilən tədbirlərə toxunan ölkə başçısı onu da vurğulayıb ki, ötən il ikinci peykimiz orbitə buraxılıb ki, bu da çox gözəl hadisədir: “Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır”.
Ölkəmizdə son illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun da ölkə iqtisadiyyatımızın inkişafına öz töhfəsini verdiyini deyən Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirərək bildirdi ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycanın ixrac potensialının daha da gücləndirilməsindən ibarətdir: “Bu məqsədlə biz müasir biznes şəraiti yaratmaq üçün lazım olan qanun və qaydaları qəbul etmişik. Azərbaycanda yüksək texnologiya, innovativ tutumlu məhsulların istehsalı və xarici bazarlara çıxarılması üçün xeyli güzəşt və təşviq var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas məqsədi telekommunikasiya şəbəkələrində ən son texnologiyaların tətbiqi, həmçinin geniş zolaqlı internetin bütün Azərbaycana çatdırılmasıdır. Qarşıda duran əsas hədəflər arasında ölkədə rəqəmsal televiziya, peyk texnologiyalarının inkişafı məsələləri yer alır. Nazir Əli Abbasov da qeyd edib ki, 2017-ci ildə Azərbaycan növbəti peykini orbitə çıxaracaq ki, bununla da ölkəmiz kosmik fəzada öz yerini möhkəmləndirmiş olacaq. Bu sahəyə həm dövlət, həm də özəl sektor və xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün şəraitin yaradılması nəzərdə tutulub”. Bu gün Azərbaycanın yüksək texnologiyalar sahəsində əsas inkişafı informasiya texnologiyaları istiqamətində getdiyini və inkişaf tempi orta ümumdünya səviyyəsindən yüksək olduğunu deyən müşavirin sözlərinə görə, son beş ildə informasiya-kommunikasiya texnologiyaları sektoru təxminən 3,5 dəfə böyüyüb və sektora beş ildə təxminən 2 milyard dollar civarında investisiya qoyulub. Təxminən 20 göstəriciyə görə, ölkəmiz MDB ölkələri arasında liderdir: “Məsələn, internetin istifadə sıxlığına görə Azərbaycan təkcə MDB-də yox, ümumiyyətlə, Mərkəzi Asiyada lider mövqe tutur. Qeyd edim ki, ölkəmizdə internetin istifadə sıxlığı 73-75 faizdir. Ümumiyyətlə, bu sahədə bizim mövqeyimiz təxminən inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır. Lakin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıda qoyduğumuz məqsədlərə çatmaq üçün biz yeni templərlə inkişaf etməliyik. Hədəf budur ki, 2018-ci ilə Azərbaycanda 85 faiz əhali yüksəksürətli genişzolaqlı internetdən yararlana bilsin. Məqsədimiz kənd yerlərində 30, şəhər yerlərində 100 meqabit saniyə səviyyəsində internetə çıxış təmin etməkdir. Əgər qeyd olunan vaxta biz bu məqsədə çata bilsək, demək olar ki, bu, inkişaf etmiş ölkələrin göstəriciləri ilə təxminən eyni olacaq. Əsas hədəflərimizdən biri “Elektron hökumət”in elektron xidmətlərini demək olar ki, 100 faiz avtomatlaşdırmaq və Azərbaycan əhalisinin 85 faizinin bu xidmətlərə çıxışını təmin etməkdir. Digər istiqamət isə texnoloji və elm tutumlu yeni istehsal sahələrinin yaradılmasıdır”.
Ümumiyyətlə, əldə edilən nəticələrə gəldikdə isə qeyd edildi ki, bu ilin birinci rübündə informasiya və rabitə xidmətlərindən 380 milyon manat gəlir əldə edilib. Müşavirin sözlərinə görə, Azərbaycanda bu ilin birinci rübü ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi 9,3 faiz artıb. İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,4 faiz düşüb. Rüb ərzində xidmətlərdən əldə olunmuş gəlirin 54,3 faizi mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 0,5 faiz artaraq 206,2 milyon manat təşkil edib.
O da vurğulandı ki, 2015-ci ilin birinci rübündə ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info