Azərbaycanın 4 müəssisəsi Rusiyaya ixraca başlayır
Tarix: 17.04.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və emalı məhsullarının Rusiya bazarlarına ixracının daha da genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının görüşü olub. Nazirlikdən bildiriblər ki, Azərbaycan tərəfindən yaradılmış İşçi Qrupuna iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Rusiya tərəfindən yaradılmış İşçi Qrupuna isə bu ölkənin kənd təsərrüfatı nazirinin müavini Andrey Volkov rəhbərlik edir. İşçi qruplarına hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri daxildir. Görüşdə işçi qrupları tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, 16 Azərbaycan şirkəti ilə Rusiyanın 3 iri ticarət şəbəkəsi və logistik mərkəzi arasında kənd təsərrüfatı və emalı məhsullarının ixracı ilə bağlı 48 anlaşma memorandumu imzalanıb, 12 Azərbaycan şirkəti "Qızıl Payız" Rusiya aqrar-sənaye sərgisində iştirak edib, 2014-cü ilin oktyabr və noyabr aylarında Bakıda iş adamlarının görüşləri təşkil olunub. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ölkəmizə səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. Artıq Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən ilkin olaraq 4 Azərbaycan müəssisəsi ("AZFPCO" MMC (Milla), "ATENA" MMC, "Milk- Pro" MMC və "Ucar Aqro" MMC) reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə cari ilin martın 16-dan etibarən istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər aparılır. Rusiya nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info