Ron Pol: “ABŞ-ın “dollar iqtisadiyyatı” çökəcək”
Tarix: 17.04.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Amerika “dollar iqtisadiyyatının” süqutu səbəbindən çökə bilər. Əlbəttə, bunun nə vaxt baş verəcəyi məlum olmasa da, belə görünür ki, bu, “tezliklə və gözlənilmədən” reallaşacaq”.
Bu fikirləri amerikalı siyasətçi, sabiq konqresmen Ron Pol “CNBC” telekanalına verdiyi açıqlamada bildirib. O, iddia edir ki, hazırda Amerika maliyyə böhranının astanasındadır. Ron Polun fikrincə, böhranın başlıca səbəbi Amerika dollarının çökməsi olacaq: “Hazırda qiymətli kağızlara böyük tələbata görə real qiymətdən baha satılır. Bu hal gec-tez mənfi iqtisadi nəticələrə gətirib çıxaracaq, proses böyük partlayışla sonuclanacaq”. “CNBC” telekanalına görə, ABŞ dollarının indeksi valyuta səbətinin dinamikasına münasibətdə son 12 il ərzində ən yüksək həddə çatıb. Amma bu o demək deyil ki, dollar güclü valyutadır. Bu valyuta ancaq digər ölkələrin valyutası ilə müqayisədə güclü görünür. Sabiq konqresmenin fikrincə, Amerika dolları başqa valyutalarla müqayisədə güclü valyuta kimi təqdim edilsə də, onun əsas göstəriciləri çox pis vəziyyətdədir. Əsas göstərici yoxsulluqla bağlıdır. Əgər, əhalinin yarısından çoxu dolanışıq baxımından ayın sonunu güclə çatdırırsa, deməli ölkə iqtisadiyyatı bərbad vəziyyətdədir. Ron Pol “dollar köpüyünün” nə zaman dağılacağını proqnozlaşdıra bilməsə də, qeyd edib ki, ABŞ-ı yaxşı günlər gözləmir. Belə ki, Federal Ehtiyat Sistemi faiz dərəcələrini artırandan sonra dollar və fond birjası çökəcək. Əksər ekspertlər bunun təxminən bir ildən sonra baş verə biləcəyini qeyd edirlər. Siyasətçiyə görə, iqtisadi vəziyyətin qiymətləndirilməsində etimad məsələsi psixoloji amil kimi mühüm rol oynayır. Hazırkı məqamda isə ABŞ-a belə bir etimad yoxdur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info