IDEA-dan dövlət qurumları, QHT və vətəndaşlara çağırış
Tarix: 17.04.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin martın 18-də start verdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsi ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməkdədir.
IDEA İctimai Birliyindən verilən məlumata görə, layihənin cəmi bir neçə həftə əvvəl başlanmasına baxmayaraq, bir çox dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri kağız təhvil verilməsi prosesində fəallıq nümayiş etdirirlər. Bu xüsusda, 8 ton istifadə olunmuş kağızı təkrar emala təhvil verən Ədliyyə Nazirliyi və 10 ton kağız məmulatı təhvil vermiş Dövlət Sosial Müdafiə Fondunu qeyd etmək olar.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə uyğun olaraq, ölkə ərazisində bütün “ASAN xidmət” mərkəzlərində istifadə olunmuş kağız məmulatlarının yığılması üçün xüsusi konteynerlər quraşdırılıb.
Həmçinin layihə çərçivəsində 300 kiloqramdan artıq kağız tullantılarının səyyar qaydada toplanılması üçün xüsusi nəqliyyat vasitələrinin göndərilməsi təmin oluna bilər. İstifadə olunmuş kağız məmulatlarını səyyar qaydada təhvil vermək üçün bu məqsədlə yaradılmış xüsusi “qaynar xətt”lə əlaqə saxlamaq xahiş olunur (108 və ya 4976316).
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Digər tərəfdən, layihə respublikamızın ətraf mühitinin çirklənməsinin qarşısını almağı və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
IDEA İctimai Birliyi dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info