“Azərbaycan multikulturalizmi” fənninin tədrisi xarici universitetlərdə davam edir
Tarix: 17.04.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən verilən məlumata görə, mərkəzin layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bir sıra yerli və xarici universitetlərdə davam edir.
Dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılacaq.
Artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Gürcüstanın Tbilisi Dövlət Universitetidir. Bu universitetdə 30 tələbəyə fənni Gürcüstanlı professor David Qotsiridze tədris edir.
Tbilisi Dövlət Universitetində monitorinqin aparılması üçün qurum tərəfindən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov ezam olunub.
Monitorinq zamanı Tbilisidə Fərhad Xəlilov “Azərbaycan multikulturalizmi”, professor David Qotsiridze isə “Azərbaycan multikulturalizmi və folkloru” mövzularında mühazirə oxuyub. Mühazirəsində Fərhad Xəlilov multikultural dəyərlərin Azərbaycan və dünya incəsənətindəki rolundan bəhs edib.
Monitorinq müddətində xalq rəssamı Fərhad Xəlilov və professor David Qotsiridze Şota Rustaveli adına Batumi Universitetinin prorektoru Mamiya Paqava ilə görüşüb. Görüşdə birgə əməkdaşlıqdan və multikulturalizm sahəsində təcrübə mübadiləsindən bəhs edilib.
Sonra rəssam Fərhad Xəlilov Gürcüstanın xalq rəssamları ilə görüş keçirib və görüşdə multikulturalizmin incəsənətdə rolundan danışılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info