Türkiyə partiyaları: “Avropa Parlamenti iki cəmiyyət arasında uçurumu daha da dərinləşdirir”
Tarix: 17.04.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisində təmsil olunan üç əsas partiya – hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat qəbul ediblər.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bəyanatda deyilir: “Biz Avropa Parlamentində hüquqi qüvvəsi olmayan qətnamənin qəbul olunmasını böyük təəssüf hissi ilə qarşıladıq. Qətnamənin müharibələr və münaqişələrin əvəzinə sülh, dözümlülük və birgə gələcəyin yaradılması ideyasına zidd olan qərəzli yanaşmasını qətiyyətlə pisləyirik.
Avropa Parlamenti tarixçilərin və beynəlxalq məhkəmələrin vəzifəsini mənimsəyərək Türkiyəni soyqırımı kimi ciddi cinayətdə ittiham edib. Bu hal qəbuledilməzdir”.
Sənəddə qeyd edilib ki, Birinci Dünya Müharibəsi Avropa Parlamentinin qətnaməsində göstərildiyi kimi, yalnız ermənilər üçün yox, ümumilikdə, bütün Osmanlı İmperiyası üçün faciəli bir dövr olub.
Avropa Parlamenti bizim çağırışlarımıza rəğmən, məsələnin qərəzsiz və hərtərəfli araşdırılmasından boyun qaçıran Ermənistan tərəfini dialoqa çağırmaq əvəzinə, iki cəmiyyət arasında uçurumu daha da dərinləşdirir.
Qeyd edək ki, aprelin 15-də Avropa Parlamenti “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Qətnamə Türkiyəni “erməni soyqırımı”nı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırır.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info