Ceyms Koyl Minsk Qrupunun fəaliyyətini kəskin tənqid edib
Tarix: 17.04.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los Anceles şəhərində amerikalı və beynəlxalq ekspertlərin, eləcə də diplomatlar və ictimai-siyasi xadimlərin iştirakı ilə elmi konfrans keçirilib.
Konfransda Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, Loyola Marymount Universitetində keçirilən tədbir ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub.
Tədbirdə qeyd olunan beyin mərkəzlərinin tanınmış mütəxəssisləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digərləri iştirak ediblər.
Azərbaycanın münaqişə üzrə mövqeyini konfransda Milli Məclisin üzvü Asim Mollazadə təqdim edib. O, mədəniyyətlərarası və qlobal kommunikasiya sahəsində tanınmış mütəxəssis Venşan Cianın moderatorluğu ilə keçirilən Qarabağ panelində çıxış edərək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına diqqət çəkib və bu işğal faktının “dondurulmuş” münaqişəyə çevrilməsində əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü bildirib. A. Mollazadə qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi, Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir: “Bu durumdan sadəcə, azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir, eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də mövcud işğalçı siyasətin qurbanına çevriliblər”.
Çıxışında Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs edən A. Mollazadə Ermənistan tərəfindən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. O, qeyd edib ki, bu gün bu münaqişədə real sülhə nail olmaq üçün ilk növbədə Ermənistan öz həqiqi müstəqilliyinə qovuşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır: “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli qeyri-mümkündür”.
Azərbaycanın apardığı xarici siyasət kursuna da toxunan MM üzvü deyib ki, bölgə iqtisadiyyatının 80%-ni əhatə edən Azərbaycan öz müstəqil siyasətini inkişaf etdirir, regional və beynəlxalq səviyyədə çoxsaylı uğurlu layihələr həyata keçirir: “Bu səpkidə Azərbaycan bir çox ölkələrin, o cümlədən ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə ciddi töhfələr verir”.
Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koyl isə çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək qrup tərəfindən indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu söyləyib. C. Koyl ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq, özünü doğrultmadığını vurğulayaraq, bu qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.
Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Tədbirdə iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev konfransın təşkilatçılarına belə bir önəmli və aktual mövzuya yetirdikləri diqqətə görə təşəkkürünü bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info