Türkiyə böyük təhlükəni adlayıb
Tarix: 17.04.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları əvvəl saxladıqları DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatının iki üzvünün evində keçirilən baxış zamanı onların ölkə ərazisində silsilə terror aktlarının hazırlandığını təsdiqləyən dəlillər aşkarlayıb.
“Anadolu”nun verdiyi xəbərə görə, Türkiyə Təhlükəsizlik İdarəsinin məlumatına əsasən, terrorçuların evində keçirilən baxış zamanı və onlara məxsus kompüterlərdə üzvü olduqları təşkilatın parlament deputatlarına, Milli Kəşfiyyat Xidmətinin zabitlərinə, polis əməkdaşlarına, sahibkarlara və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarını təsdiqləyən sənədli dəlillər aşkarlayıb.
Məlumata görə, terrorçular, polis forması geyinərək, polis idarələrinə daxil olaraq partlayışlar törətmək niyyətində olublar. Bundan başqa, onlar Bosfor və Dardanel boğazlarından keçən ABŞ gəmilərinə və iri sahibkarlara məxsus gəmilərə qarşı diversiya hazırlamaq məqsədi ilə dayvinq (dalğıc) təlimi keçiblər. Terrorçular sui-qəsdlərin törədilməsində, həmçinin, zəhərli maddələrdən istifadə etməyi planlaşdırıb.
Qeyd edək ki, martın sonunda DHKP-C-in iki üzvü İstanbulda məhkəmənin binasına vəkil qismində daxil olaraq prokuror Səlim Kirazı girov götürüb, sonra isə qətlə yetiriblər. Keçirilmiş əməliyyat zamanı hər iki terrorçu məhv edilib. Bundan bir gün sonra DHKP-C üzvü Elif Sultan Kalsen İstanbulda polis məntəqəsinə silahlı hücum edib. Terrorçu qadın atışma zamanı məhv edilib, iki polis əməkdaşı yaralanıb. Bu hadisələrdən sonra polis ölkə miqyasında antiterror əməliyyat keçirib, nəticədə DHKP-C ilə əlaqədə şübhəli bilinən 60-dan çox şəxs saxlanılıb.
DHKP-C, həmçinin 2013-cü ilin fevralında ABŞ-ın Ankaradakı səfirliyinə bir mühafizəçinin ölümü ilə nəticələnən silahlı basqının təşkilində, 2013-cü ilin iyulunda Suriya sərhədi yaxınlığındakı Reyhanlı şəhərində 53 nəfərin ölümü, 155 nəfərin isə yaralanması ilə nəticələnən iki partlayışın törədilməsində ittiham olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info