ABŞ-da atışma olub, bir ailənin beş üzvü öldürülüb
Tarix: 17.04.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


ABŞ dünya mətbuatının gündəmini yenə də silahlı insidentlər, günahsız insanların qətli ilə zəbt edib. Belə ki, bu ölkənin Arizona ştatının Feniks şəhərində yerləşən evlərdən birində beş nəfərin güllələnmiş cəsədi tapılıb. TASS agentliyi xəbər verir ki, qətl hadisəsinin məişət zəminində yaranan münaqişə nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinə gələnlər oradan öldürülmüş üç kişi və iki qadın meyidi aşkar ediblər. Lakin onların adları açıqlanmayıb. Şahidlər qohumlar arasında mübahisə nəticəsində atışma başladığını deyib. Ailə üzvlərindən biri evdən qaçmağa müvəffəq olub. Hadisə yerinə gələn polislər qapı və pəncərənin arxadan möhkəm bağlandığını görüblər. Evə daxil olmaq üçün xüsusi əməliyyat keçirilib.
Qeyd edək ki, bu kimi hallar artıq Amerika cəmiyyətində adi hal alıb. ABŞ vətəndaşlarının silah satışının leqal olmasından ifrat dərəcədə yararlanması sonda ən adi mübahisələrin belə silahlı insidentlərlə nəticələnməsinə gətirib çıxarır. İlin əvvəlindən bu yana ABŞ-da silahlı insidentlərin sayı dəqiq bilinməsə də xarici KİV-də gedən bəzi yazılara görə az qala hər bir evdə silah saxlanılması bir çox hüquq müdafiəçilərini də ciddi narahat etməyə başlayıb. Belə ki, onlar silah satışında bəzi məhdudiyyətlərin qoyulmasını təklif edirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info