Toğrul İsmayıl: “Qərb Ermənistanı təcavüzkar ölkə kimi görmür”
Tarix: 17.04.2015 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bu gün Qərb Ukraynanın ərazi bütövlüyünün pozulmasını əsas gətirərək, bu ölkənin himayəçisinə çevrilib. 20 ildən artıqdır ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təcavüz olunub. Lakin Qərbdən Qarabağ məsələsində belə canfəşanlıq görünmür. Eləcə də hazırda Qərb əlinə sanksiya “qılıncı” alıb, sağa-sola kəsir. Hansı ki, Qərb bu sanksiya “qılıncını” Ermənistanın ürəyinə sancmalıdır. Bütün bu təzyiqlərin Ermənistana edilməməsi Azərbaycana qarşı ikili standart münasibətdir. Beynəlxalq birliyin Qarabağ məsələsinin həllində maraqlı olmaması Azərbaycan hökumətini hər zaman narahat edir. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu haqda da öz fikirlərini bildirib.
Dövlət başçısı deyib ki, biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik: “Münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram”.
Prezident bildirib ki, bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır: “Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa bilməz”.
Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin (Ankara) azərbaycanlı professoru, politoloq Toğrul İsmayıl qəzetimizə bildirdi ki, Qərb Ukrayna məsələsində öz mənfəətini əsas tutur. Onun sözlərinə görə, beynəlxalq təşkilatların əsas məqsədi münaqişələri həll etmək olsa da, onların arasında da maraqlar mübarizəsi gedir: “Sadəcə Ukrayna məsələsində yox, Qarabağ məsələsində də biz bunu görürük. Qərbin bu mövqeyinə istəyirsiz ikili standart, yaxud üçlü, dördlü standart deyin. Amma Qərb ölkələri öz çıxarlarını fikirləşirlər”.
Professor bildirdi ki, Qarabağ məsələsində hegemon dövlətlərin maraqları var: “Qarabağ problemi artıq beynəlxalq müstəviyə çıxıb. Biz bilirik ki, Rusiya bu məsələdə çox ciddi maraqlara sahibdir. Eyni zamanda ABŞ və Fransa kimi ölkələrin də maraqları var. Böyük dövlətlərin erməni lobbisinə olan münasibətlərini də yaxşı bilirik. Çox təəssüf ki, Qərb Ermənistanı təcavüzkar ölkə kimi görmür”.
T.İsmayılın fikrincə, Azərbaycan Qarabağ məsələsinin həlli istiqamətində addımlarını daha da gücləndirməlidir: “Qarabağ məsələsinin ilk vaxtlarında Azərbaycanın güclü lobbisi və çalışma imkanları çox zəif idi. Ermənilər tərəfindən bizə qarşı çox ciddi əks-təbliğat gedirdi. Hazırda az da olsa biz bunu hiss edirik. Bəzi Qərb dairələrinin ermənipərəst mövqeyi müşahidə olunur. Düzdü, bu gün Azərbaycan təbliğatla bağlı çalışmalar aparır. Xüsusən son illər Xocalı faciəsinin xaricdə təbliğatı güclənib. Amma bu kimi təbliğat daha da aktivləşdirilməlidir”.
Politoloq Qarabağ məsələsinin Azərbaycana bir təzyiq vasitəsi olduğunu vurğuladı: “Xüsusilə Gürcüstanda 2008-ci il avqust müharibəsindən sonra bəlli oldu ki, Cənubi Qafqazdakı münaqişələrin həlli artıq bölgə ölkələrindən daha çox böyük güclərin təsiri altındadır və onların müdaxiləsindən sonra nəsə gerçəkləşə bilər. Bölgədə geopolitik vəziyyət dəyişmədikcə, hər hansı yenilikdən danışmaq doğru deyil”.
T.İsmayıl Ermənistanın aqressiv xarici siyasətini davam etdirməsindən təəssüflənir. “Buna görə də Ermənistan həmişə böyük regional layihələrdən kənarda qalıb”, deyə o əlavə etdi.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info