AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN BƏYANATI
Tarix: 17.04.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Əvvəl Roma Katolik Kilsəsinin başçısı Papa Fransisk, onun ardınca Avropa Parlamenti qondarma erməni soyqırımını qəbul etməklə islam dünyasına qarşı 1000 il əvvəl səlib müharibəsi başladan o vaxtkı ədalətsiz kilsənin və ədalətsiz Avropanın sadiq varisləri olduqlarını bir daha ortaya qoydular. Katoliklər tərəfindən yer üzərində İsa peyğəmbərin nümayəndəsi hesab edilən Papa ən azı son 30 ildə Şərqdə, xüsusilə Yaxın Şərqdə, Qafqazda tökülən müsəlman qanlarına, soyqırımlarına göz yumaraq erməni yalanlarına alət olub. Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə və başqa ölkələrdə müsəlman qanı tökməkdən, qardaşı qardaşa qırdırmaqdan usanmayan, Qarabağ, Xocalı soyqırımına 23 ildir kor olan Avropa isə yüz il əvvələ qayıdaraq qondarma erməni soyqırımını qəbul etməklə, əslində, yüz il əvvəl Atatürk Türkiyəsinə qarşı müharibədəki biabırçı məğlubiyyətinin qisasını almağa çalışır. Erməninin kim olduğunu, “erməni soyqırımı”nın uydurma və yalandan başqa bir şey olmadığını hamıdan gözəl bilən Avropa İslam və Türk dünyasına qarşı nifrətini gizlətməyə belə çalışmır.
20-ci yüzildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı qondarma dövlət yaradılıb, son qarışına qədər Azərbaycan türklərinin yaşadığı 29,8 min kv.km ərazidə azərbaycanlı əhali soyqırımına məruz qalıb, bu azmış kimi, 1990-cı illərdə Azərbaycan Respublikasının daha 20 faiz torpaqları işğal olunub, bir milyondan artıq azərbaycanlı 25 ildən artıqdır qaçqın həyatı yaşayır. Amma Avropa susur, dünya susur! Nəinki işğalçı, terrorist Ermənistana “dur” demir, hətta onun müdafiəsinə qalxır.
Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bütün Azərbaycan qaçqınları adından Vatikan kilsəsinin və Avropa Parlamentinin bu ikiüzlü, ədalətsiz qərarlarını pisləyir və qətiyyətlə rədd edirik!

ƏZİZ ƏLƏKBƏRLİ
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
15.06.2019
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub
15.06.2019
Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info