Frenk Rouz: “Məqsədimiz Rusiyanı ləkələmək deyil”
Tarix: 17.04.2015 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“Rusiya yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmaqda davam edəcəksə, ABŞ cavab tədbirləri görəcək”.
“RİA Novosti”nin verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin köməkçisi Frenk Rouz bəyan edib.“Biz Rusiyaya və tərəfdaşlarımıza açıq şəkildə bildirmişik ki, səbrimizin həddi var. Əgər Rusiya bu razılaşmanı pozmaqda davam edəcəksə və bizim narahatlıqlarımızı cavabsız qoyacaqsa, özümüzü və tərəfdaşlarımızı müdafiə etmək üçün addımlar atacağıq,” - deyə F. Rouz bildirib.
O qeyd edib ki, hələ 2014-cü ilin yayında ABŞ Rusiyanın yerüstü qanadlı raketləri hazırlanması və sınaqdan keçirməsi ilə yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmasına öz etirazını bildirib.
Dövlət katibi köməkçisi qeyd edib ki, ABŞ bu problemə göz yummağı planlaşdırmır, onunla konstruktiv işləməsi üçün Rusiyaya təzyiq göstərməkdə davam edəcək: “Məqsədimiz Rusiyanı ləkələmək deyil, məqsədimiz razılaşmanı qorumaqdır. Biz bu razılaşmanın imzalandığı 1987-ci ildən bəri dünyanın kifayət qədər böyük bir hissəsinə sabitlik gətirəcəyinə inanırıq”.
Xatırladaq ki, son bir neçə ildə Rusiya və ABŞ qarşılıqlı olaraq bir-birini yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmaqda günahlandırır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info