Maltanın Baş naziri Azərbaycana gəlir
Tarix: 17.04.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Maltanın Baş naziri Jozef Muskat aprelin sonunda Azərbaycana gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Maltanın hökumət rəhbəri Forum çərçivəsində müzakirələrə qatılaraq “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusunda çıxış edəcək. Qeyd edək ki, Jozef Muskat 2014-cü ilin dekabr ayında Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Xatırladaq ki, uzun illər radio jurnalisti kimi fəaliyyət göstərən 41 yaşlı J.Muskat sonradan siyasətlə məşğul olaraq deputat seçilib, Leyboristlər partiyasına rəhbərlik edib. 2013-cü ilin martından isə ölkənin Baş naziri vəzifəsinə təyin olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info