Ukrayna qalmaqallı qətllər ölkəsinə çevrilir?
Tarix: 17.04.2015 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Ukraynanın paytaxtı Kiyevdə rezonans doğuran qətllər seriyası davam edir. Aprelin 16-da məşhur ukraynalı yazıçı və jurnalist, “Seqodnya” qəzetinin keçmiş şef-redaktoru Oles Buzina yaşadığı evin qarşısında qətlə yetirilib.
”Euronews” telekanalı xəbər verir ki, jurnalistə tünd mavi rəngli Ford Fokus markalı avtomobildən atəş açılıb. Oles Buzinanın qətlində istifadə olunan avtomobilin artıq tapıldığı bildirilir.
Qeyd edək ki, aprelin 15-də Ukraynanın keçmiş başçısı Viktor Yanukoviçin silahdaşı, “Regionlar partıyası”ndan Ali Radanın sabiq deputatı, “antimaydan” hərəkatının təşkilində iştirak edən Oleq Kalaşnikov da öz mənzilinin qapısı qarşısında öldürülmüşdü.
Oleq Kalaşnikovdan iki gün əvvəl – aprelin 13-də isə Rusanovsk bağları mikrorayonunun küçələrinin birində ProUA və “Obkom” internet nəşrlərinin qurucularından biri jurnalist Sergey Suxobokun cəsədi tapılmışdı.
Ukrayna Prezidenti Petr Poroşenko bütün qətllərin operativ təhqiq olunmasını tələb edib.
”İnterfaks” agentliyinin məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Oleq Kalaşnikov və Oles Buzinaya müxtəlif silahlardan atəş açılsa da, hər iki qətl eyni sxem üzrə həyata keçirilib. O, həmçinin istintaqın bu qətllərlə bağlı məişət, kommersiya, həmçinin daha inandırıcı görünən ictimai-siyasi motivlərin də olduğu bütün versiyaları araşdıracağını qeyd edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info