“Sueddeutsche Zeitung”: “Almanlar “İŞİD”in Suriyadakı həbsxanalarında cəllad kimi çalışırlar”
Tarix: 17.04.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


“İŞİD” həbsxanalarında dəhşətli işgəncələr verirlər”

Almaniya Federativ Respublikasının Baş prokurorluğu Almaniyadan olan “islamçılardan” şübhələnir. Belə ki, onlar “İŞİD”terror təşkilatının həbsxanalarında nəzarətçi-cəllad işləməkdə şübhəli bilinirlər. Həmin həbsxanalarda isə ABŞ, Böyük Britaniya, Yaponiyadan və sair ölkələrdən olan girov götürülmüş, sonradan başı kəsilmiş insanlar saxlanılıb. Bu barədə alman qəzeti “Sueddeutsche Zeitung” məlumat verir. Bu barədə şübhələr, bir il ərzində “İŞİD”in müxtəlif həbsxanalarında, o cümlədən Suriyanın Hələb şəhərindəki həbsxanada olmuş və ötən ilin iyununda qeyri-müəyyən şəraitdə azadlığa çıxmış Almaniyanın 27 yaşlı vətəndaşının söylədiklərindən sonra yaranıb. Özünün məhbusluğu zamanı, keçmiş dustaq, sonradan cəzalandırılmış və ya edam edilmiş çoxlu sayda insanlarla tanış olub.

“Alman “islamçıları” “İŞİD”in dustaqxanalarında təkcə nəzarətçi kimi işləmirlər, onlar həm də əsir və girovlara işgəncə verilməsində iştirakçıdırlar”

O cümlədən, amerikan vətəndaşları olan Ceyms Foli və Stiven Sotlovla da tanışlıq imkanı yaranıb. O, girovlardan birinin güllələnməsi ərəfəsində tanınmış cəllad olan “Cihadi Con”u şəxsən görüb.

“Onlardan birinin “islamçı”-neofit Filipp Berqner olduğunu prokuratura müəyyənləşdirib. Bu şəxs əvvəlcə alman Dinslakenində pizza paylayan işləyib, 2013-cü ildə isə Suriyada döyüşə yollanıb. Son məlumatlara görə, Berqner İraq şəhəri Mosulda terakt zamanı məhv edilib”

O qeyd edib ki, alman “islamçıları” “İŞİD”in dustaqxanalarında təkcə nəzarətçi kimi işləmirlər, onlar həm də əsir və girovlara işgəncə verilməsində iştirakçıdırlar.
Onlardan birinin “islamçı”-neofit Filipp Berqner olduğunu prokuratura müəyyənləşdirib. Bu şəxs əvvəlcə alman Dinslakenində pizza paylayan işləyib, 2013-cü ildə isə Suriyada döyüşə yollanıb. Son məlumatlara görə, Berqner İraq şəhəri Mosulda terakt zamanı məhv edilib.
Keçmiş girovların sözlərinə görə, “İŞİD” həbsxanalarında dəhşətli işgəncələr verirlər: “Məsələn, nəzarətçilər girovları Quantanamodakı amerikan həbsxanalarında məhbusların geydiyi narıncı geyimdə gəzməyə məcbur edirlər və suda boğmadan tutmuş, digər ağır işgəncə növünə qədər müxtəlif işgəncə səhnələri düzəldirlər”.

İlki AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info