Suraxanıda birinci rübdə 625 yeni iş yeri açılıb
Tarix: 17.04.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilib.
Şura iclasında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunub.
Rayon rəhbəri qeyd edib ki, sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib.
2015-ci ilin 1-ci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 49,8 milyon manat, tikinti-quraşdırma işləri 10,3 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon, əsas kapitala yönəldilən investisiyalar 14,3 milyon, kənd təsərrüfatı 0,4 milyon, pərakəndə ticarət dövriyyəsi 64,5 milyon manat, orta aylıq əmək haqqı 540 manat olmuş, əhaliyə 68,4 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 625 yeni iş yeri açılıb.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 3-ü icra olunub, 20-sinin icrasına başlanılıb, 31-nin icrasına başlanılmayıb, başa çatdırılan və başlanılan tədbirlər proqramın 42,6 faizini təşkil edib.
Ümumiyyətlə bu dövr ərzində Yeni Günəşli "AB" yaşayış sahəsində 262 saylı uşaq bağçası əsaslı təmir olunub, Bülbülə qəsəbəsində “Bakı Toxuculuq” ASC-nin inzibati binasının əsaslı təmirinə başlanılıb, Qaraçuxur qəsəbəsində idman zalı və 146 saylı məktəb üçün 25 sinif otağından ibarət əlavə tədris korpusu, idman və akt zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində idman zalı və RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin tikintisi davam etdirilib.
Rayonda 1 ədəd 35 kV-luq yarımstansiya təmir olunub, 2 ədəd Kompleks Transformator Məntəqəsi quraşdırılıb, 43,2 km. müxtəlif kV-luq kabel xətti çəkilib. Rayonun müvafiq idarələri tərəfindən 4,1 min p.m. yeni qaz, 600 p.m. yeni istilik xətti çəkilib.
Rayonun Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrinin, Yeni Suraxanı qəsəbəsindən Binə qəsəbəsinə gedən yolun 4,2 km hissəsinin yenidən qurulması və asfaltlanması işlərinə başlanılıb.
Hesabat dövründə rayonun aidiyyəti müəssisələri tərəfindən lay suları və neftlə çirklənmiş 3,38 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 2,93 hektar olan müxtəlif ölçülü 10 ədəd gölməçə qurudulub, 15 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 80 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən “ATEF Elektromaş” zavodunda növbəti kredit yarmarkası keçirilib, 18 sahibkarlıq subyektinə 5,2 milyon manat güzəştli şərtlərlə kredit verilib.
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan I “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib, bu dövr ərzində 4 ümumrayon iməciliyi keçirilərək 1250 ağac əkilib.
Qaraçuxur qəsəbəsində Neftçilər parkının yenidən qurulması və Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri davam etdirilib, Əmircan qəsəbəsində Tofiq Bayram adına parkın yenidən qurulması və Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni parkın salınması işlərinə başlanılıb.
2015-ci ilin 1-ci rübü ərzində RİH başçısı tərəfindən 285 nəfər vətəndaş qəbul edilib, 485 nəfər sakinin iştirakı ilə 7 səyyar görüş-qəbul keçirilib.
1-ci rübdə rayonun aidiyyəti idarələri tərəfindən 7405 nəfərə 1,5 milyon manatdan artıq sosial müavinət ödənilib, 2280 ailəyə 948,0 min manat ünvanlı sosial yardım edilib, 215 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilib. Rayon Məşğulluq Mərkəzinə müraciət edən 314 nəfərdən 140 nəfəri, o cümlədən kvota üzrə 7 nəfər işlə təmin olunub, 28 nəfər peşə hazırlıq kurslarına göndərilib, rayonda təhsil alan 234 şagird peşəyönümünə cəlb edilib.
Rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.
Mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Prezidentin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilir, 01 aprel tarixədək Suraxanı rayonunda 100,0 min sakin tibbi müayinədən keçib, müayinə nəticəsində 4624 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 273 nəfər stasionar müalicəyə qəbul olunub.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fərtəliyeva və digərləri çıxış edərək əldə olunmuş nailiyyətlərdən, nəzərdə tutulan abadlıq tədbirlərindən, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdən danışıblar.
Şura iclasında rayonun ictimai həyatında fəal iştirakına görə MTN-nin Suraxanı Rayon İdarəsinin bir qrup əməkdaşı təltif edilib.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirib ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısının Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info