“Parlament seçkiləri” rəsmi Yerevanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir”
Tarix: 17.04.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın zəbt olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir”.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən hərbi təlimlərlə bağlı açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir.
Azərbaycanın zəbt edilmiş ərazilərində Ermənistanın yaratdığı qondarma rejimə may ayında keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də rəsmi Yerevanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir.
ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.
İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info