Çində jurnalist dövlət sirrini yaydığına görə həbs edildi
Tarix: 17.04.2015 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Gao Yu dövlət sirri daşıyan sənədi xarici media qurumlarına ötürməkdə ittiham edilir

Pekin məhkəməsi dövlət sirrini yaymasına görə veteran Çin jurnalistinin yeddi il azadlıqdan məhrum edilməsi barəsində qərar çıxarıb. “The Guardian” yazır ki, həbsin səbəbi “71 yaşlı Gao Yunun Çin Kommunist Partiyasının mətbuat və vətəndaş cəmiyyətini hədəf götürməsi” məsələsini detalları ilə faş edən sənədi yaymasıdır. Gao Yunun yaydığı sənədin dövlət sirri xarakteri daşıdığı bildirilir. Gao Yu isə ona qarşı olan ittihamla barışmadığını bildirib və ittihamı rədd edib. Onun vəkili Mo Şaoping bildirib ki, müdafiə etdiyi şəxs strateji sənəd olan “9 saylı sənəd”in xarici media qrupuna ötürülməsində təqsirləndirilir.
Sözügedən sənəd isə Qərb media qurumları tərəfindən “Qərb demokratiyası, universal dəyərlər, mülki cəmiyyət və mətbuat azadlığına qarşı sərt ölçülər götürülməsi” ilə xarakterizə edilib.

Ötən saylarımızda Çinin QHT-lərlə bağlı yeni qanun layihəsi hazırladığı barədə yazmışdıq. Amma bu barədə sözügedən sənəd birdən-birə ABŞ-ın “Washington Post” qəzeti tərəfindən əldə edilmişdi. Bu barədə yayılan məlumatda da qəzetin bu sənədi haradan və necə əldə etdiyi qeyd edilmirdi. İndi isə Çinin bir jurnalisti bu sənədi yaymaqda və xarici media qurumlarına ötürməkdə ittiham edilir

Qeyd edək ki, Çindəki ABŞ səfirliyinin birinci katibi Dan Biers də dərhal məsələyə reaksiya verib və məhkəmənin qərarından “təəssüfləndiklərini” bildirib. Bundan başqa, bir sıra Qərb insan haqları ve media qurumları da tələm-tələsik bu məsələ ilə bağlı Çin əleyhinə bəyanat veriblər.
Əlavə edək ki, ötən saylarımızda Çinin QHT-lərlə bağlı yeni qanun layihəsi hazırladığı barədə yazmışdıq. Belə ki, Çin hökumətinin yeni təhlükəsizlik tədbirləri görərək xarici QHT-lərlə bağlı nəzarəti gücləndirməsini qeyd etmişdik. Yazıda qeyd edilirdi ki, Çinin təhlükəsizlik aparatı üzünü xarici QHT-lərə və onların yerli tərəfdaşlarına tutub. Prezident Xi Jinpingin milli təhlükəsizlik komissiyasından gələn yeni qanun layihəsi xarici QHT-lərin fəaliyyətini tənzimləməyi nəzərdə tutub.
Amma bu barədə sözügedən sənəd birdən-birə ABŞ-ın “Washington Post” qəzeti tərəfrindən əldə edilmişdi. Bu barədə yayılan məlumatda da qəzetin bu sənədi haradan və necə əldə etdiyi qeyd edilmirdi. İndi isə Çinin bir jurnalisti bu sənədi yaymaqda və xarici media qurumlarına ötürməkdə ittiham edilir. Təbii ki, dövlət sirri daşıyan istənilən sənədin xarici qurumlara ötürülməsi özündə cinayət tərkibli əməli ehtiva edir və hər hansı peşə mənsubu olmasından asılı olmayaraq, bu cür dövlət sirrinə aid sənədləri, məlumatları xarici kəşfiyyat qurumlarına ötürənlər sırf cinayət tərkibli bu fəaliyyətinə görə məsuliyyət daşıya bilərlər. Görünür, son zamanlar dünyada supergüclərin və qütblərin gərgin və amansız çəkişmələri fonunda, onların xüsusi xidmət qurumlarının bir-birilərinə qarşı fəaliyyəti də xeyli dərəcədə güclənib. Bu isə sözügedən ittihamın da ortaya çıxmasına səbəb ola bilər.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info