ABŞ mətbuatı: “Amerika ordusunda döyüş ruhu aşağı səviyyədədir”
Tarix: 17.04.2015 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Optimizmin möhkəmləndirilməsilə bağlı altı illik proqram çərçivəsində 287 milyon dollar xərclənməsinə baxmayaraq, ABŞ ordusunun döyüş ruhu aşağı səviyyədədir. “Qazeta.ru” yazır ki, bu barədə “USA Today” qəzeti məlumat yayıb. Qəzet bildirib ki, 770 min hərbçinin yarısından çoxu özlərinin ordudakı gələcəyinə pessimist yanaşırlar və təxminən bir o qədəri də öz xidmətlərində xoşbəxt deyillər. 403.6 min hərbçi (52 %) “Mən nadir hallarda özümlə bağlı yaxşı şeylərlə qarşılaşıram” deyimi ilə razılaşıb. 48 faiz hərbçi isə öz xidmətinə qarşı çox inamsız olduğunu bildirib. Bundan başqa, sorğuda iştirak edənlərin əksəriyyəti qidalanmadan və yuxudan şikayətçi olduqlarını bildiriblər. Cəmi 14 faiz düzgün qidalandıqlarını və istirahət etdiklərini bildirib. Əsgərlərin 40 faizi öz komandirləri və xidmət yoldaşlarına inanmır.
Qeyd edək ki, ABŞ ordusu 2009-cu ildə pozitiv psixologiya proqramını tətbiq etmişdi. Bu proqrama əsasən, hər bir hərbçi ildə bir dəfə konfidensial onlayn sorğuda iştirak etməlidir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info