“Allah islamı göndərəndə mənəviyyat, sülh üzərində göndərib”
Tarix: 17.04.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


“Qloballaşan dünyada dini qarşıdurmalar, münaqişələr artır və dəfələrlə bununla bağlı danışmağımıza, konfranslar keçirməyimizə baxmayaraq, hələ də bir nəticəsi yoxdur. Amma ümid edirik ki, nəticə əldə edəcəyik, çünki Allah islamı göndərəndə mənəviyyat, sülh üzərində göndərib”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda işini yekunlaşdıran “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.
Şeyxülislam bildirib ki, əsas problem islamda elmi prinsipləri çoxaltmaqdır: “İndi islamı, müsəlmanları vurub-dağıtmaqda günahlandırırlar. Demək lazımdır ki, islamın əlindəki çomağı al, əvəzinə qələm ver, vurmasın, yazsın. Sən əgər onun əlinə çomaq versən, əlbəttə ki, vuracaq. Ona görə də elm və dinin birgə mövzu olduğu müzakirələri, konfransları daha tez-tez keçirmək, ora hamını cəlb etmək lazımdır. Bizim din adamları buna çoxdan hazırdır, amma elm adamları təəssüf ki, hələ ki tam hazır deyillər”.
A. Paşazadə Azərbaycanda dövlət tərəfindən belə birgə müzakirələrə geniş şərait yaradıldığını söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyevə buna görə təşəkkür edirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info