AVCİYA beynəlxalq təşkilatlara müraciət edib
Tarix: 17.04.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


1983-cü ilin 18 aprelində YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qəbul edilmiş qərarına əsasən hər il aprel ayının 18-i "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" kimi qeyd olunur. Bu məqsədlə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və KarabakhINFO.com Beynəlxalq Elektron Jurnalının informasiya dəstəyi ilə jurnalistlərin, tarixçilərin və Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rusiya, Yunanıstan, Malaziya, Meksika, Moldova, İordaniya, Səudiyyə Ərəbistanından olan səfirliklərin nümayəndələri iştirak ediblər.
Tədbiri AVCİYA-nın I vitse – prezidenti Vəli Əlibəyov öz çıxışı ilə açıq elan edərək, bu günün əhəmiyyətini qeyd etdikdən sonra sözü məruzəçilərə verib. Məruzəçi qismində isə Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli, AVCİYA-nın eksperti, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı, hüquqşünas Şahin Camalov çıxış ediblər. Çıxış zamanı məruzəçilər 3 min ildən artıq dövlətçilik tarixi olan Azərbaycan ərazisindəki tarixi abidələrdən bəhs edərək, strateji ərazidə yerləşən, təbii sərvətlərlə zəngin olan Azərbaycanın daim yadelli işğalçıların hücumlarına məruz qalmasını, bu ərazidə baş verən müharibələr və təbii fəlakətlər nəticəsində tarixi abidələrin böyük bir qisminin məhv olmasını da tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbir zamanı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil etdiyi dəyirmi masa iştirakçıları adından beynəlxalq təşkilatlara Azərbaycanda yerləşən, işğala məruz qalan ərazilərimizdəki tarixi abidələrin qorunması ilə bağlı müraciət ünvanlanıb.
Onu da qeyd edək ki, Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası 2004-cü ildən başlayaraq digər məsələlərlə yanaşı, tarixi abidələrin tədqiq və mühafizəsinin təşkilinə də öz layiqli töhfəsini verir. Assosiasiyanın ekspert qrupu 2012-2013-cü illərdə “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarındakı tarixi və mədəni abidələrin monitorinqini və tədqiqini həyata keçirib. Bu çoxcəhətli fəaliyyət nəticəsində toplanmış materiallar əsasında Azərbaycan, ingilis və fransız dillərində “Sərsəng sos: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” adlı kitab nəşr edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info