Qafqaz Universiteti Heydər Əliyevin anadan olmasının 92-ci ilini beynəlxalq səviyyədə qeyd etdi
Tarix: 17.04.2015 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində wmumilli lider Heydər Əliyevin anadan olmasının 92–ci ilinə həsr olunmuş Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı keçirildi. Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Azərbaycan Respublikasının himni ilə açılışı elan olunan konfransda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç deyib: “Qafqaz Universiteti elmin inkişafına və bu inkişafa xidmət edən dünya alimlərinin apardıqları tədqiqatlardan əldə etdikləri vacib bilgiləri beynəlxalq səviyyədə paylaşmaları üçün hər il elmi konfranslar təşkil edir. Elmi konfranslar içərisində Heydər Əliyevin əziz xatirəsinə həsr olunan və doğum günü ərəfəsində üç ildir ki ənənəvi olaraq davam edən Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı bu işdə xüsusi əhəmiyyət kəsb edir. Bunun bir səbəbi müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin gənclərin inkişafına verdikləri xüsusi diqqətdir. Digər mühüm bir səbəb isə günü- gündən çiçəklənən və sürətli inkişafı ilə təkcə Qafqaz regionunda deyil, dünya miqyasında da əhəmiyyətli yer tutan Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri gənclərin dilindən eşitmək və bu nailiyyətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev də hər zaman çıxışlarında elmin inkişafına önəm verərək vurğulamışdır: “Dünyada gedən əsas tərəqqinin təməlində elm dayanır.”
Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA- nın müxbir üzvü, professor Aydın Kazımzadə də çıxış edərək konfrans haqqında fikirlərini bölüşdü: “Hər zaman Azərbaycanın inkişafı haqqında danışarkən deyirlər ki, necə oldu ki, 20 ildə bu qədər inkişaf oldu?. Mən isə düşünürəm ki, Azərbaycanın müstəqilliyi son 20 ildən bu yana deyil, təxminən keçən əsrin 70- ci illərindən, yəni mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən başlayıb. Düşünürəm ki, bu inkişafın davam etdirilməsi gənc nəslin üzərinə düşür və hesab edirəm ki, hər bir gənc bu imkanları dəyərləndirməlidir.”
Qafqaz Universitetinin dosenti Babək Abbasov da çıxış edərək Konfrans haqqında fikirlərini bildirdi: “Biz təhsil işçilərinin bu konfransı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92- ci ilinə həsr etməkdə əsas məqsədimiz ona olan vəfa börcumuzu yerinə yetirməkdir. Konfransa Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət ediblər. Qeyd edim ki, 1400- ə yaxın tezis arasından 954 elmi məqalə qəbul edilib. Məqalələr 4 dildə - Azərbaycan, Türk, Rus, İngilis dillərində təqdim olunub. Bizim hədəfimiz müxtəlif ölkələrin elmi tədqiqatçılarını bir araya gətirməklə elmlə məşğul olan gənclər arasında əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir. Ümid edirik ki, bu konfrans gənclərin elmi inkişafında mühüm rol oynayacaq.”
Konfrans iştirakçıları bir gün öncə Ulu öndərin və görkəmli ofotlmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər.
Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu iki cildli kitab və sertifikat hədiyyə olundu.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info