Atletlərimiz Avropa çempionatında 9 medal qazanıb
Tarix: 18.04.2015 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Azərbaycan idmançıları ağıq atletika üzrə Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxış ediblər.
Atletlərimiz bu çempionatda müxtəlif hərəkətlər üzrə 7 qızıl və 2 bürünc medal qazanıblar. Atletlərimizdən Valentin Xristov birdən qaldırma, təkanla qaldırma və qaldırdığı çəkinin ümumi göstəricilərinə görə 3 qızıl, Boyanka Kriştova birdən qaldırma, təkanla qaldırma və qaldırdığı ümumi çəkiyə görə 3 qızıl, Əfqan Bayramov isə təkanla qaldırmaya görə 1 qızıl medal qazanıb. Bu çempionatda 58 kiloqram çəki dərəcəsində qadın atletlər arasında mübarizə aparan B.Kriştova birdən qaldırma üzrə 109 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq Avropada 23 yaşadək olan yeniyetmələr, təkanla qaldırma zamanı 125 kiloqramın öhdəsindən gəlməklə böyüklər arasında yeni rekordlara imza atıb. Atletlərimizin bu çıxışları idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib. Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan deyib: “Azərbaycan bu çempionatda 6 atlet ilə təmsil olunurdu. Onlardan da üçünün Avropa çempionu olması və bir nəfərin bürünc medal qazanması böyük nailiyyətdir. Digər tərəfdən azərbaycanlı atletlər ümumilikdə 7-si qızıl olmaqla 9 medal qazandılar. Bu böyük uğura görə mən Azərbaycan xalqını və idmançılarını təbrik edirəm”.
Avropa çempionatına əsas maliyyə dəstəyi göstərən Azərbaycan “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov deyib: “Bu çempionatda “Zirvə” klubunun da yetirmələri iştirak ediblər. Amma bizim üçün hansı klubun üzvünün qələbəsi deyil, ümumilikdə Azərbaycan atletlərinin qələbəsi vacib idi. İdmançılarımızın ümumi hesabda 9 medal qazanması çox böyük uğurdur. Bu həm də, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısının nəticəsidir. İdmançılarımız bu qayğını qazandıqları medallarla qiymətləndiriblər. Qarşıda bizi daha böyük sınaqlar gözləyir. İnanıram ki, atletlərimiz dünya çempionatından da çoxlu medalla qayıdacaqlar”. Çempionatın münsiflər heyətinin üzvü, Əməkdar idman xadimi, SSRİ idman ustası, dünya və olimpiya oyunları hakimi Vahid Nəzərov atletlərimizin “Bakı-2015” Avropa Oyunları ərəfəsində qazandıqları medalları böyük uğur adlandırıb. O deyib ki, bu medallar Bakıda keçiriləcək birinci Avropa Oyunları üçün yaxşı başlanğıcdır: “İnanıram ki, idmançılarımız həm Avropa Oyunlarında, həm də bu ilin payızında ABŞ-da keçiriləcək ağır atletika üzrə dünya çempionatında da böyük uğurlar qazanacaqlar”. Bu mötəbər yarışın hakimlər heyətinin üzvü, Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Azad Mustafayev deyib: “Bu çempionatda bütün atletlərin çıxışları beynəlxalq normalara və qaydalara uyğun olub. Azərbaycan atletlərinin heç birinin çıxışında qayda pozuntusu qeydə alınmayıb. Bu da atletlərimizin yarışa ciddi hazırlıqlarının və məsuliyyətlə yanaşmalarının, eləcə də yüksək intizamın göstəricisidir.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb
17.03.2019
ABŞ təmsilçisi idman gimnastikası üzrə Dünya Kubokunda qalib olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info