Xarkovun işgüzar dairələri Azərbaycanla işbirliyinə maraq göstərirlər
Tarix: 20.04.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda Xarkov vilayətinin bir sıra fabrik, zavod və sənaye müəssisələri rəhbərlərinin iştirakı ilə Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada Xarkov vilayət dövlət administrasiyasının, “Xarkov Elektromaş” zavodunun, ”Truboatom” ASC-nin,”Xarkov Traktor” zavodunun, “Xarkov maşınqayırma” zavodunun rəhbərləri, müxtəlif fabrik və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı iqtisadi əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verən fəxri konsul Azərbaycan və Xarkov vilayətində fəaliyyət göstərən fabrik, zavod və sənaye müəssisələri, o cümlədən, aqrar və turizm sahələri arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.
Bu istiqamətdə fəxri konsulluğun regional əməkdaşlığın inkişafına, müştərək işbirliyinin qurulmasına və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb. Bu günlərdə Ukrayna Ali Radasının deputat qrupunun Azərbaycana işgüzar səfər etdiyini və səfər çərçivəsində keçirilən səmərəli görüşlər haqqında məlumat verən Ə.Salmanov hazırda Xarkov vilayət rəhbərliyinin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana işgüzar səfərə hazırlaşdığını bildirib. Təşkil olunan hər bir səfərin ölkələrimiz arasındakı iqtisadi, mədəni əlaqələrin inkişafına təkan verəcəyini nəzərə çatdırıb.
Tədbirdə Xarkov vilayət dövlət administrasiyasının iqtisadiyyat və beynəlxalq əlaqələr departamentinin direktoru Viktor Kovalenko çıxış edib. O son dövrlər Xarkov fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukraynanın bir sıra regionları arasında yeni əməkdaşlığın qurulmasından bəhs edib. Bu baxımdan artıq Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilənin imzalanmasının təqdirəlayiq hal olduğunu bildirib. Xarkov Vilayətinin işgüzar dairələrinin Azərbaycanla işbirliyinə xüsusi maraq göstərdiyini nəzərə çatdıran V.Kovalenko bununla bağlı yaxın gələcəkdə Xarkov vilayət rəhbərliyinin başçılığı ilə Azərbaycana olacaq işgüzar səfərin faydalı nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb.
Tədbirdə "Xarkov Traktor” zavodunun regionlararsası əməkdaşlıq idarəsinin direktoru İqır Sazonov çıxış edərək Azərbaycana ağır traktorların göndərilməsində və müştərək işbirliyinin qurulmasında maraqlı olduqlarını bildirib.
Müzakirələrdə iştirak edən “Xarkov Elektrotyajmaş” zavodunun direktor müavini Roman Dolqiy, “Truboatom” zavodunun direktor müavini Aleksey Korşunov, ”Xarkovmaş” müəssisəsinin direktorlar şurasının sədri Konstantin Dixtyarenko və bir sıra zavod və sənaye müəssisələrinin rəhbərləri Azərbaycanın aidiyyatı qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi maraq göstərdiklərini və bunun gələcəkdə səmərəli fayda verəcəyinə əminliklərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info