“Avropa Birliyi və ABŞ-a görə demokratiya, insan hüquqları sadəcə onlar üçün olmalıdır”
Tarix: 20.04.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Həsən Zeynalov: “Artıq səbrimiz qalmayıb”

“Torpaqlarımızı bir günə erməni işğalından xilas edə bilərik”.
Bu sözləri Türkiyənin “Yeni çağ” qəzetinə verdiyi müsahibədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov deyib.
Qəzetin köşə yazarı Selcan Taşçının imzasıyla 20 apreldə çap edilmiş müsahibəsində baş konsul H. Zeynalov Türkiyə və Azərbaycanın təzyiqlərə daha güclü şəkildə müqavimət göstərmək üçün bir olmasının lüzumundan bəhs edib: “Praqada Prezident İlham Əliyev Türkiyənin əleyhinə danışan Ermənistan prezidenti Serj Sarkisyanın sözünü kəsərək “Sən burada Türkiyədən heç kim yoxdur deyə belə sərbəst danışırsan. Amma mən buradayam, mən cavab verəcəyəm!” - deyə sərt reaksiya göstərəndən sonra Avropa Parlamentinin qondarma soyqırımı qərarına ən sərt reaksiyanı da Azərbaycan verdi. Avropa Parlamenti öz qərarında bütün Avropa ölkələrini 24 aprel tarixini “soyqırımı” kimi qəbul etməyə məcbur edir. Demokratiya budurmu? O ölkələrin öz iradəsi yoxdurmu? Avropa Birliyi və ABŞ-a görə demokratiya da, insan hüquqları da sadəcə onlar üçün olmalıdır. Bu, çox təhlükəlidir. Ermənilərə də faydası yoxdur. Dünyada qütbləşmə yaradır”.
Türkiyə-Ermənistan sərhədinin açılması niyyətinə sərt reaksiya göstərən baş konsul Ermənistanı qatillər və canilərin idarə etdiyini söyləyib: “Onlar orada olduğu müddətcə nəyi həll edəcəksiniz? Prezident, xarici işlər naziri, müdafiə naziri, hamısı canidir. Bizə qətliam yapıblar”.
Jurnalist S. Taşçının “Azərbaycanın iqtisadi və hərbi gücü məlumdur. Bəs işğalın davam etməsinə niyə göz yumur?” - sualına H. Zeynalov belə cavab verib: “Azərbaycan bir dövlətə yaraşan işi görür. Beynəlxalq münasibətlərə uyğun şəkildə əlaqələr yaradır, həqiqəti başa salmağa çalışır. Biz qan tökmək istəmirik. Yoxsa, bir gündə Qarabağı da ala bilərik, İrəvana da gedə bilərik. İqtisadi gücümüz də, hüquq da buna icazə verir. Hər dəfə problemin həlli mərhələsinə gələndə Ermənistan mütləq bir təxribat yaradır. Artıq səbrimiz qalmayıb”.
Baş konsul müsahibəsini bu sözlərlə bitirib: “Torpaqlarımızı işğaldan azad edək, oraya gedim, mənə kifayətdir. İnsan özünü günahkar sayır. Mənim torpağım işğal altındadırsa, başımı dik tutub gəz bilmərəm. O ləkəni siləcəyik. Bir qarış torpaq da Ermənistana qalmayacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info