Tanınmış politoloq Minsk Qrupunun fəaliyyətini tənqid etdi
Tarix: 20.04.2015 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü, deputat Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Almaniya və Türkiyənin yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” ilə əvəz olunması təklifi ilə çıxış edib. Bu təklif bir çox Avropa ölkələrinin, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin təmsilçiləri, o cümlədən Almaniya və Türkiyənin tanınmış siyasi xadimləri, parlamentariləri, ekspertlər, politoloqlar tərəfindən dəstəklənib. Həmsədrlik institutunun formatının dəyişdirilməsi ilə bağlı təklifə dəstək bu dəfə ABŞ-dan gəlib.
ABŞ-ın Los Anceles şəhərində Loyola Marymount Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən elmi konfransda Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koylun çıxışı diqqəti cəlb edib. O, ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, bu qurum tərəfindən indiyə qədər görülən işlərin, irəli sürülən təkliflərin heç bir nəticə vermədiyini, fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, konfrans ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub. Tədbirdə beyin mərkəzlərinin tanınmış ekspertləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digər nüfuzlu şəxslər iştirak edib, məruzələr dinlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info