“Qətnamə Avropa Birliyinin onsuz da zəif olan imicinə böyük zərbə vurdu”
Tarix: 20.04.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Avropa Parlamentinin son qərarı onu deməyə əsas verir ki, onlar Roma papasının mətbuat xidməti funksiyasını yerinə yetirirlər”. Bunu siyasi şərhçi Ramiz Alıyev deyib Onun sözlərinə görə, Qərb ölkələrinin son dönəmlərdə sərgilədiyi anlaşılmaz siyasət dünyanı uçuruma apara bilər: “Qərbin ikili standartlarla hərəkət etməsi əsirlər boyu belə olub və bu gün də davam etməkdədir. Avropa ölkələri və ümumilikdə əksər xristian ölkələri kilsələrin çıxardığı qərarlar uyğun hərəkət edib bəyanatlar verir qərarlar hazırlayırlar. Özləri isə digər ölkələrə iradlar bildirərək dini ayrıseçkilik etməməyə, tolerant olmağa səsləyirlər. Belə çıxır ki, onların gözdən pərdə asmaq üçün dedikləri bu gəlişi gözəl olan sözlər yalnız bizim üçün nəzərdə tutulub. Bu gün Avropa Parlamentinin şahidi olduğumuz qərəzli qərarı əslində yalnız Türkiyə üçün deyil bütün dövlətlər və dinlər üçün çıxarılmış yanlış bir qərardır!
Müasir dövrdə bütün ölkələrin gözü qarşısında erməni hərbiçiləri tərəfindən Xocalı şəhərində Azərbaycanlılara qarşı baş verən bir soyqırımı hadisəsini deyil, yüz il bundan qabaq olmayan bir hadisəyə “soyqırımı” adın verilməsinin özü bir cinayətdir. Olmayan hadisəyə don geyindirərək soyqırımı adın verən qurum və ölkələr özləri də bilmədən böyük bir yanlışlığa imza atmış oldular. Onlar bu addımı atmaqla düşündülər ki, Ermənistanı Rusiyanın vassallığından çıxardıb Qərbin vassallığına salacaqlar. Amma düşünmədilər ki, bu yanlış tarixi qərar Ermənistanı öz vassallığına sala bilməməklə yanaşı həm də Avropa Birliyinin onsuz da zəif olan imicinə böyük bir zərbə vurmuş oldu!”

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info